YÜNGÜL ƏQLİ GERİLİK VƏ ONUN KORREKSİYASI

Yüngül əqli gerilik nədir? Və necə korreksiya olunur? İnsanın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi çox vacibdir. Amma istisna hallar da mümkündür. Məsələn, ətrafımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdlarından heç də geri qalmır.

Bəs maraqlıdır: “İnsanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa,onda bu şəxslər necə uğur qazanırlar?” Sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri qalan uşaqla mütəxəssis, yəni psixoloq məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Bəzən istər tipik, istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu məsuliyyətsizlikdən və ya savadsızlıqdan irəli gəlir.

Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir. Bu məhdudiyyətlər göstərilən diaqnozlu şəxsin adi insanlardan fərqli olaraq daha ləng inkişaf etməsinə, onun öyrənmə qabiliyyətinin daha zəif olmasına səbəb olur. Əqli gerilik özünü uşaq yaşlarından büruzə verir.

loading...

Əqli geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi ehtiyaclarını ödəmək prosesləri ləng gedir. Bu çətinliklər məktəbdədə özünü göstərir. Onlar nəyə isə nail ola bilsələr də, bunun üçün çox vaxt tələb olunur.

Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər. Bunlardan ən mühümləri aşağıdakılardır:

Genetik hallar.

Hamiləlik zamanı yaranan problemlər.

Doğuş problemləri.

Sağlamlıq problemləri.

Yüngül dərəcə əqli gerilik debillik adlanır. Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlarda təhsilə yiyələnməkdə bir sıra prablemlər yaradır. Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji metodlardan istifadə olunur. Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan psixoloji metodlar aşağıdakılardır:

Rəsm çəkmə və nə isə düzəltmə – yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.

Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.

Artterapiya (yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.

Bundan əlavə belə uşaqlarla inkişaf etdirici oyunlar da oynanılır.Bu uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir. İlkin diaqnostika ödənişsizdir.

Leyla Hüseynova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...