YUMURTALIQLARIN POLİKİSTOZU SİNDROMU

Polikistoz yumurtalıqlar sindromu zamanı qadında ovulyasiya prosesi baş vermir.

Yumurta hüceyrələri lazımi ölçüyə qədər böyüməyərək, çoxsaylı kiçik kistalar şəklində, onun daxilində qalırlar.

Xəstəliyin adı da buradan götürülmüşdür (poli-çox, çox kistalar). Kistaların olması səbəbindən yumurtalığın ölçüləri isə xeyli artmış olur. Polikistoz xəstəliyi qadınlarda sonsuzluğun  ən çox təsadüf edilən səbəblərindən biridir.

loading...

Polikistoz xəstəliyin əsas əlamətləri aşağıdakılardır:

  • aybaşı tsiklinin pozulması, yəni 35 gündən daha uzun aybaşı tskilləri ;

  • anormal uşaqlıq qanaxma;

  • bədəndə (sinədə, belin aşağı hissəsində) və üzdə kişi tipinə xas olan şəkildə tük örtüyünün artması;

  • sızanaqlı səpgilər, dəri və saçların yağlı olması;

  • 50% xəstələrdə səbəbi olmadan çəkinin kəskin şəkildə artması;

  • USM zamanı yumurtalığın bütün ölçülərinin artması.

Səbəbi  orqanizmdə estrogen hormonlarla, qadın cinsi hormonları, androgen, kişi cinsi hormonları, hormonlar arasında nisbət tarazlığı pozulur  ki, bu da polikistozun yaranmasına səbəb olur.

Müayinə olunduqdan sonra polikistoz diaqnozu təsdiq olunarsa, hormonal dərman preparatları ilə müalicə kursu təyin edilir və xəstələrə çəki azaldılması məsləhətdir. Bəzi hallarda çəkinin azalması aybaşı tsiklinin düzəlməsi və özbaşına hamiləliyə səbəb olur.

Dr. Güləbətin Göyüşova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...