YORĞUN GÖZLƏR SİNDROMU
Zəmanəmizdə tez-tez eşitdiyimiz şikayətlərdən biri gözlərin yorulması şikayətidir. Gözlərin tez yorulması və ən çox yaxın məsafədə iş zamanı yaranmış diskomfort hissi Astenopiya adlanır.
Astenopiyanın simptomları:
İkigörmə
Görmə itiliyinin azalması, dumanlı görmə və görüntünün yayılmış olması
Gözlərdə göynəmə hissi
Gözlərin yaşarması
Qızarması və s.
Qeyd etmək lazımdır ki, bu şikayətlər adətən baş ağrıları ilə müşayiət olunur, pasiyentin iş qabiliyyətini aşağı salır. Əgər vaxtında Astenopiya aradan qaldırılmazsa gözün bir sıra iltihabı xəstəlikləri məsələn, blefarit (göz qapaqlarının iltihabı), konyunktivit (selikli qışanın iltihabı) yarana bilər, hətta zəifləmiş akkomodasiya fonunda yaxından görmə (miopiya) proqressivləşə bilər.
Astenopiyanın səbəbləri əsasən gözlərin monoton işidir.
Həyat tərzinizə və iş qabiliyyətinizə təsir edən gözlərin yorğunluq sindromunu aradan qaldırmaq və müalicə etmək mümkündür.
Dr. Aytən Mirzəyeva