YENİYETMƏ QIZLARDA TÜKLƏNMƏ

HirsutizmHipertrixozhirsutizm kimi tüklənmə ilə bağlı problemlər hər yaşda psixososial problemlərə səbəb olurlar. Bir çox yazılarda hipertrixoz ilə hirsutizm eyni mənada istifadə olunur. Lakin bu belə deyildir.

Hirsutizm  qızlarda androjenə həssas olan bölgələrdə – qoltuqaltı, pubis, üst dodaq, çənə, sinə, budun iç səthində terminal tüklərin artışıdır. Qızlarda androjen ifrazının normadan çox olması – hirsutizm, akne, kişi tipli saç tökülməsi və virilizasiya kimi klinik əlamətlərlə müşahidə edilir. Hirsutizm çox vaxt endokrin problemlərlə bağlıdır.

Daha çox polikistik yumurtalıq sindromunda müşahidə edilir. Qandakı androjen səviyyələri normaldırsa, aybaşı tsikli requlyardırsa, hirsutizmi meydana gətirəcək səbəb bəlli deyilsə idiopatik hirsutizmdən söz gedir.

loading...

Hipertrixoz isə yaşa, cinsə və irqə görə vellus vəya lanuqo tüklərinin androjenə həssas omayan bölgələrdə çox inkişaf etməsidir. Hipertrixozda qıllanma artışı kürəkdə, alında, glabella bölgəsində, üst dodaqda, qol və ayaqlarda çox olur. Qafqaz bölgəsində sıx rast gəlinir. Hipertrixoza səbəb olan mexanizmlər tam olaraq aydınlaşdırılmamışdır.

Hirsutizmlə hipertrixozun diferensial diaqnostikası mütləq şəkildə endokrinoloq tərəfindən aparılmalıdır. Hər iki halda əsas şikayət tüklənmə olsa da, və tüklərin kosmetik olaraq yox edilməsi üçün eyni metodlar istifadə edilsə də, hirsutizm zamanı müşahidə edilən hormonal disbalans bərpa edilməyincə nəticə qənaetbəxş olmayacaqdır.

Dr. Ləman Sultanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...