YENİDOĞULMUŞLAR ÜÇÜN NORMAL VƏ NORMAL OLMAYAN HALLAR

Yenidoğulmuş üçün normal və normal olmayan halları belədir

Yenidoğulmuşun gün boyu yatması normaldır. Gün ərzində toplam 3-5 saat oyaq qala bilər. gündüz və ya gecə yatmaması normal deyil.

Yenidoğulmuşun ana yanında yatmaq istəyi, qucaq istəyi normal. Çünki doqquz ayı bir paylaşdığı insandan həmən ayrılmaq çətindir

loading...

Yenidoğulmuşun yatarkən ayaqlarını dizdən bükməsi, qollarını qaldırması normal vəziyyətdir. Bələmək lazım deyil.

Yenidoğulmuşun başını arxaya çevirib baxması normal, başını arxaya ataraq ağıaması, qışqırması nortmal deyil.

Yenidoğulmuşun əmgəyi doğularkən açıq olması yaxşı bir əlamətdir. Bağlı olması da ciddi təhlükə deyil. Yüksək hərarətdən qıcolma riskinə görə qorumaq lazım.

Yenidoğulmuşun üzündə dərisində xırda piyli səpkilər ola bilər. Bu normaldır. İçi irinli-sulu qovuqcuqlu səpkilər isə normal deyil. İnfeksiya ola bilər.

Yenidoğulmuşun bədənindəki, xüsusən çiyində, kürəkdə tüklərin olması normaldır. Lanuqo adlanır. Tədricən tökülür.

Yenidoğulmuşun tez-tez döş istəməsi normaldır. Bunu doymadığı üçün deyil, sadəcə ana təmasını istədiyi üçün də edə bilər.

4 ayınadək yenidoğulmuşda köp olması normaldır. sadəcə süd verən pəhrizə riayət etməlidir.

Yenidoğulmuşun başında qartmaq allergik olduğundan xəbər verir. Natəmizlik əlaməti deyil. az olması normaldır.

Yenidoğulmuşun doğuşdan 3-4 gün sonra saralması normaldır və bir ay ərzində tam keçməsi də normaldır. Fizioloji sarılıq.

Yenidoğulmuşun aramsız ağlamağı normal deyil.

Yenidoğulmuşun tez-tez sidiyə getməsi normaldır.

Yenidoğulmuşun nəcisi sarı, düyünlü, turş iysiz olmalı. Gün ərzində 5-6 dəfə də böyük bayıra çıxması normaldır. Əsasən də ana südü yeyirsə.

Yenidoğulmuşun ilk aylarda baxışında çəplik hiss oluna bilər. Keçici olursa normaldır.

Yenidoğulmuşun ilk həftədə çənəsinin əsməsi normaldır (ağlayarkən).

Yenidoğulmuşun saçının papağa çıxması, tökülməsi normal deyil. Vitamin D çatışmazlığıdır.

Yenidoğulmuşun ilk ayda hərarəti 37 C ola bilər. Bu normaldır. 38 dərəcədə və yemədiyi halda narahat olmaq lazımdır.

Yenidoğulmuş hər yeməkdən sonra azca qaytarması normaldır. Bir müddət sonra fontan ilə qusma normal deyil – pilorospazm və ya pilorostenoz ola bilər.

Yenidoğulmuşun qarnının nisbətən böyük olması normaldır. Lakin eyni zamanda göbəkətrafı damarların aydın görünməsi normal deyil.

Yenidoğulmuş diş ilə də doğula bilər.

Yenidoğulmuşun nəyisə bərk tutması normaldır. Əksinə tuta bilməməsi zəif əzələ tonusundan xəbər verir.

Yenidoğulmuşun göz qapağı yaxud burun kökündəki kapilyarıların bəlli olması normaldır. lakin dəri səthindən üzə çıxması normal deyil-hemangiomadır

Həmçinin boyun arxasında qırmızı ləkə təhlükəli deyil.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...