YEMƏKDƏN ƏVVƏL VƏ SONRA BUNLARI ETMƏYİN – DİETOLOQ  

PəhrizArıqlamağa mane olan 4 vərdiş. Bu vərdişlərdən qurtulmaqla həzm prosesi də yaxşılaşır.

1) Aclıq hissini su ilə basdırmaq. Bir çox insan az yemək üçün yeməkdən 15-20 dəqiqə əvvəl su içir. Ancaq bu faydasız bir vərdişdir, çünki boş mədədən su tez vaxtda bağırsağa keçir və mədə yenidən boş olur və aclıq hissi keçmir. Orqanizm lazımi qida maddələrini almadığı üçün yenədə yemək tələb edəcək.

2) Bir dəfəyə 500 ml-dən çox maye qəbul etmək. Əgər yemək zamanı və ya yeməkdən sonra su içmək istiyirsizsə unutmayın ki, mədəni genişləndirməmək üçün üçdə iki hissəsindən çox doldurmaq olmaz. Mədənin həcmi 500 ml təşkil edir.

loading...

3) Məşqdən əvvəl və ya dərhal sonra yemək. Mədədə ağırlıq hissi və sancıların olmaması üçün idman məşqlərini, yeməkdən 1,5 saat qabaq və yeməkdən 40 dəqiqə sonra etmək tövsiyə olunur. Məşq zamanı qan əzələlərə tərəf çəkilir və həzm prosesi dayanır.

4) Yeməkdən sonra yatmaq. Yeməkdən sonra uzandıqda qidanın bir hissəsi qida borusuna qayıdır və mədənin içindəkilər qıcqırma və gəyirməyə səbəb olur.

Dr. Vüsalə Tağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...