YAZDA İMMUNİTETİ GÜCLƏNDİRƏN MƏHSULLAR
Yaz aylarında immun sistemini gücləndirmək üçün balanslı qidalanmaq və antioksidant tərkibli məhsullara üstünlük verilməlidir.
İmmuniteti yaz aylarında gücləndirən məhsuların siyahısını nəzərinizə çatdırırıq.
Beta-karoten
Beta-taroten ən güclü antioksidantlardan biridir. Sarı-narıncı bitkilərdə olur. Ananas, yerkökü, xurma və balqabaq kimi.
C vitamini
C vitamininin verdiyi faydalar saymaqla bitmir. Odur ki, gün ərzində C vitamini ehtiva edən qidalara üstünlük verin. C vitamini bədəndə hüceyrələrin müqavimətini gücləndirir. Hər gün mütləq ispanaq, cəfəri, itburnu və kivi yeyin.
Sarımsaq
Sarımsaq A, B1 və C vitamin daşıyır. Təbii antibiotik, antiviral, antibakteriyel və antifunqal təsirinə malikdir, immuniteti gücləndirir və hüceyrələri müdafiə edir. Çeynəyib əzilməsi gərəkdir. Gündəlik 1 diş sarımsaq yetərlidir.
Zəncəfil tənəffüs yollarını açır, həzmi tənzimləyir və toksinləri atır. Çayını dəmləmək, şorbada və salatda istifadə etmək olar.
Qırmızı meyvələr
Yüksək antioksidant sahəsində zoğal, çəhrayı qreypfrut, çuğundur və nar tək immuniteti deyil, bəzi xərçəng və ürək xəstəliklərindəndə qoruyur.
Sink və selen
Selen dəniz məhsulları, ət, soğan və sarımsaqda boldur. Sink balqabaq tumu digər yağlı tumlar, hinduşka əti, quzu əti və göbələkdə olur. Adıçəkilən minerallar bədənin toksinlərlə mübarizə aparan hüceyrələrini gücləndirir.