YAY MÖVSÜMÜNDƏ YUXUSUZLUQ PROBLEMİ

YuxusuzluqYay aylarında günlər uzanır, gecələr qısalır, havalar istiləşir. Bu bir sıra insanlarda yuxusuzluq problemi yaranır.

Yuxu pozulmasının insana zərərləri:

Bronxial astmazamanı boğulma tutmaları, epilepsiya tutmaları, iltihabi xəstəliklər, piylənmə, ağrıya həssaslıq, şəkərli diabet, arterial hipertenziya, ürək damar xəstəliklərinin rastgəlmə tezliyi artır;

loading...

Psixi pozuntular, sinir sisteminin funksional xəstəlikləri, nevrasteniya, depressiya, ruh düşkünlüyü artır;

Yaddaş və diqqət pozulur, zehni və fiziki iş qabiliyyəti azalır, immunitet zəifləyir;

Yuxusuzluq tez qocalmağa, dərinin sallanmasına və qırışmasına səbəb olur;

Yuxusuzluq insanın ömrünü qısaldır. Tədqiqatlarla sübüt olunmuşdur ki, davamlı yuxusuzluq (gün ərzində 7-8 saatdam az yuxu) ölüm risqini artırır.

Yayda yuxusuzluğun səbəbləri:

İşiq — günəş şüalarının təsirindən rahat yuxunu təmin edən melatonin hormonunun sintezi azalır. Günortadan sonra, axşamüstü  bayıra çıxmalı olsanız tünd rəngli günəş eynəyi taxın. Evdə axşamlar pəncərələri tünd pərdələrlə bağlayın, yataq otağını tam qaranlıqlaşdırın;

İsti — rahat yuxu üçün ideal temperatur 21-23 dərəcədir. Kondisioner istifadə etdikdə otaq sərin olur, pəncərələr bağlı olduğundan həşarat və küçə səs-küyündən də qorunursunuz. Yatmazdan əvvəl ilıq duş bədəni sərinlədir və rahatlandırır;

Rejim — yaxşı yuxu üçün gündəlik rejimi qoruyun. İstirahət günləri də daxil olmaqla çalışın hər gün eyni saatda yatın, eyni saatda yuxudan oyanın;

Maye — isti aylarda bədənin maye ehtiyacı çoxalır. Gün ərzində bol maye qəbul edinki, gecələr su içməyə oyanmayasınız. Lakin yatmağa 1 saat qalmış maye qəbulunu dayandırın, gecə tualet təlabatı olmasın;

Qida — isti vaxtlarda (xüsusən yatana yaxın) yüksək kalorili qidalardan uzaq olun;

Alkoqol — sinir sistemini oyadır və yuxunu pozur;

Aktivliklər — yatmazdan əvvəl nə zehni, nə də fiziki fəaliyyətlə (fitnes zalları, ev işləri) məşğul olmayın. Təmiz havada, gecə, sakit templə gəzinti olar;

Yataq — yatağınız, yastığınız rahat olmalıdır. Yataq dəstinin pambıq, çit, kətan, sətin, ipək materialından olmasına diqqət edin. Sintetik materiallar istilik mübadiləsini pozur, yuxusuzluğa səbəb olur.

Dr. Günel Fətəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...