YAXMA ANALİZİ KİMLƏRƏ TƏYİN OLUNUR
Yaxma analizi sadə bir analiz olsa da, kifayət qədər məlumatlı analizdir. Yaxma analizini tətbiq etmək üçün qadının uşaqlıq yolundan və uşaqlıq boynu kanalından nümunə götürülür və laboratoriyada araşdırılır. Yaxma analizinin əsas məqsədi qadının uşaqlığında və uşaqlıq boynunda “yaşayan” mikroorqanizmləri, onların miqdarını, virusları, bakteriyaları təyin etməkdir.
Yaxma analizi kimlərə təyin olunur ?
Əslində, yaxma analizini hər bir qadın mütəmadi şəkildə verməlidir. Bu qadınların sağlamlığı üçün çox vacibdir. Yaxma analizinin təyinatına əsas göstərişlər bunlardır:
Vaginal nahiyədə qaşınma
Vaginadan narahatedici ifrazat
Xoşagəlməz qoxunun olması
İnfeksiyanın erkən aşkarlanması məqsədi ilə sağlam qadınlarda da floraya görə yaxma təyin olunur:
İllik profilaktik müayinələrdə
Antimikrob müalicənin effektivliyini yoxlamaq üçün;
Ginekoloji prosedura və əməliyyatlardan əvvəl
Antibiotiklərin uzun müddət istifadəsi zamanı vaginozun və vaginal kandidozun qarşısını almaq üçün;
Hamiləlik müddətində
Dr. Şövkət Əliyeva