YAĞLI DƏRİ BAXIMINDA 4 SƏHV

Seksual qadin nece olmalidirDəriniz yağlıdırsa daimi olaraq üzərindəki yağı silmək istəyirsiniz, üzünüz şəkillərdə həmişə parlaq çıxır və yuduqdan sonra tez bir zamanda yağlanır. Bu problemlərin dərinləşməməsi üçün aşağıdakılara diqqət yetirmək lazımdır.

Dərini çox qurutmaq. Yağlı dəriyə sahib olanlar daimi olaraq dərini qurutmağa çalışırlar. Spirt tərkibli məhsullara üstünlük verir və bu vasitələrlə də dərilərini təmizlədiklərini düşünürlər.. Amma dərinizdəki bütün yağı silsəniz belə, dərinizdə keçici rahatlanma olur, yağlanma tez bir zamanda artıqlaması ilə geri qayıdır. Nəticədə, orqanizm ani olaraq quruyan dərinizin yağ ehtiyacını qarşılamaq üçün daha çox yağ ifraz edir.

Artıqlaması ilə nəmləndirici istifadə etmək. Yağlı dərilərdə ən çox rast gəldiyimiz ya tez-tez, ya da yalnış nəmləndiricinin istifadə olunmasıdır (və ya hər iki hal rast gəlinir). Üzü yuduqdan sonra hər kəs ilk 10 dəqiqə  quruluq və dartınma hiss edir. Yağlı dərilər buna aldanır  və lazımsız dərəcədə çox nəmləndirici istifadə edirlər. Lakin nəzərə almaq lazımdır ki, 20 dəqiqə sonra yağ vəziləri dəridəki yağı yenidən ifraz edirlər. Yəni 20-30 dəqiqə gözləyib, dərinin əslində  nə qədər nəmləndiriciyə ehtiyacı olduğunu bildikdən sonra lazımi tədbir görülməlidir.

loading...

Səhv təmizləyici istifadə etmək. Yağlı dərilər kremli və ya yağ əsaslı təmizləyicilərdən uzaq olmalı, köpük əsaslı təmizləyicilərə üstünlük verməlidirlər. Çünkü bu tip təmizləyicilərin tərkibində dərinizdəki artıq yağı alan, ama qurutmayan maddələr olur

Səhv təsir edici maddənin istifadə olunması. Glikolik asit kimi maddələr əvəzinə salisil turşusu istifadə edin. Salisil turşusu, yağ vəzilərinin, yağı ortadan qaldırmaya kömək etdiyi yer olan tük diblərinə qədər təsir edir. Beləliklə dəri səthinə yayılmaqdan başqa, ehtiyacınız olan dərinliklərə gedir.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...