VİTAMİNLƏR VƏ QİDALANMADA ROLU

VitaminlərQidalılıq əhəmiyyəti olmayan, ancaq qidada mütləq zəruri olan üzvi maddələrdən biri də vitaminlərdir. Onlar öz kimyəvi təbiətinə görə kiçik molekullu üzvi birləşmələr olub, orqanizmin maddələr mübadiləsində və onun tənzimlənməsində mühüm rol oynayırlar. Latınca Vita – “həyat amilləri” mənasında məşhur olan bu maddələrin varlığı hələ keçən əsrdə müəyyən edilmişdir.

İlk tapılan vitaminlərdə amin qrupları olduğu üçün onlar vitamin adını daşıyırlar. Onları nə zülallara, nə yağlara, nə də karbohidratlara aid etmək olmaz. Həm də orqanizmin vitaminlərə olan tələbatı bir o qədər də yüksək deyil, çünki bitki və heyvan məhsullarında onların miqdarı da çox kiçik qiymətlərlə ölçülür.

Onların simvolik adları böyük latın hərfləri ilə işarə edilir. Bütün vitaminlər iki böyük qrupa bölünürlər: yağda və suda həll olanlara. Yağda həll olan vitaminlərə A. D. E. və K vitaminləri aiddir.

loading...

Suda həll olan vitaminlərə isə B qrupu vitaminləri, PP və C vitaminləri aid edilir. A vitamini və ya antikseroftalamik vitamini balıq yağında, kərə yağında, qaraciyərdə daha çoxdur. Bitkilərdə olan karotin tipli piqment maddələri (provitaminlər) insan və heyvan orqanizmində A vitamininə çevrilirlər.

İnsan orqanizminin A vitamininə olan sutkalıq tələbatı 1,0-2,5 mq, karotinə olan tələbatı isə 2-5 mq təşkil edir. Qidada bu vitamin çatışmadıqda, insanda gözün fəaliyyəti zəifləyir, onun görmə qabiliyyəti pozulur, ksenoftalamiya xəstəliyi və digər pozgunluqlar baş verir.

A vitamini tərkib etibarilə biratomlu spirt olub, molekuluna ionon həlqəsi daxildir. Təbiətdə müxtəlif formada: A, (retinol), A2 (dehidroretinol) və karotin şəklində rast gəlinir. A vitamini qaraciyərdə və bağırsaqlarda provitaminlərdən karotin və karotinoidlərdən də əmələ gələ bilər. Bunlar isə orqanizmə bitki mənşəli ərzaq məhsulları ilə hazırlanan xörəklərlə daxil olur. Karotinlərin sayı çoxdur. Ən geniş yayılmışları a və b karotinlərdir.

A vitamini – hipovitaminozu zamanı “toyuq korluğu” deyilən xəstəlik inkişaf edir. Belə xəstəlik keçirən adamlar gündüz heç nə hiss etmir, qaranlıq düşən kimi köməksiz hərəkət edə bilmirlər. Artıq miqdarda gözün örtük epitelisi qurulaşır və həssaslığı itir. Bu xəstəlik ksenoftalamiya adını daşıyır. Sonradan göz qişası yumşalır və ağarmağa başlayır. Bu xəstəliyə nadir hallarda rast gəlinir.

A vitamini inkişaf prosesində dəri qatının normal vəziyyəti üçün lazımdır. onun çatışmazlığı dərinin quruluğuna səbəb olur. Çoxluğu isə orqanizm üçün A – hipervitaminozuna səbəb olur; iştahın pozulmasına, həzm prosesinin pozulmasına, qaraciyərin genişlənməsinə gətirib çıxarır.

A vitaminin insan üçün gündəlik tələbatı orta hesabla 1,5-2 mq, yaxud karotin şəkildə 2-5 mq-a çatır. Sutka ərzində normanın 1/3-nin A vitamini şəkildə qəbul edilməsi məqsədəuyğundur.

Bir sıra məhsullarda A vitaminin miqdarı aşağıdakı kimidir. Qaraciyər – 14 mq%, balıq yağı – 19%, kərə yağı- 0,6%, pendir – 0,19%, yumurta – 0,6 mq% və s. A vitamini və karotin yağların iştirakı ilə yaxşı mənimsənilirlər.

D vitamini, antiraxit vitamini və ya erqokalsiferol adı altında yumurta sarısında, inək südündə, balıq yağında çox olur. Meyvə-tərəvəz məhsullarında bu vitamin olmur. Sümük toxumasının bərkiməsinə müsbət təsir göstərir. Bu vitamin çatışmadıqda uşaqlarda ən aşağı ətrafların sümüklərində uzun müddət qalan əyriliklər, skeleton qeyri-düzgün inkişafı (raxit xəstəliyi), əzələ zəifliyi və digər patoloji əlamətlər baş verir. D vitamini insan orqanizmində sintez oluna bilir.

Bitki mənşəli məhsullarda həmçinin D vitamininin D4 və D5 formalarına da rast gəlinir.

D – avitaminozu insanlarda uşaq yaşlarında raxitin inkişafı ilə xarakterikdir. Yaşlı adamlarda onun çatışmazlığı sümük toxumasının quruluşunun pozulmasına səbəb olur. Raxit xəstəliyi zamanı isə uşaqlarda əsəbilik, dişlərin gec çıxması, sümüyün gec bərkiməsi halları baş verir. Eyni zamanda, uşaqlar ağıldan zəif inkişaf edirlər. Yaşlı adamlarda yorğunluq hissi, diş tökülməsi, əzələlərdə ağrıların müçahidə olunması baş verir.

Ərzaq məhsullarının tərkibində 100 q kərə yağında 100 ME, yumurta sarısında 300, siyənək balığında 1500, treska balığında və qaraciyərdə 500-1500, pendirdə 100-1200 ME miqdarında olur.

E vitamini və ya tokoferol çoxalma, artım vitaminidir. 1922-ci ildə aşkar edilmişdir. Taxıl bitkilərinin və almanın toxumlarında, itburnu meyvəsində daha çox olur. Bu vitaminin çatışmazlığı əzələlərin və toxuma kanallarının atrofiya olunmasına, spermatozoidlərin formasının dəyişməsinə və onların hərəkətliliyinin azalmasına, dölün inkişafdan qalmasına, cinsi hormonların hasilinin pozulmasına, hamiləliyin vaxtından əvvəl başa çatmasına və digər pozğunluqlara səbəb olur. O, endokrin sisteminin fəaliyyətini normalaşdırır, vəzilərin fəaliyyətini gücləndirir.

Hüceyrələrin bölünmə prosesini sürətləndirir, yağlarda həll olan vitaminlərin mənimsənilməsini və oksidləşməsini yaxşılaşdırır, doymamış yağ turşularını oksidləşmədən qoruyur.

E vitaminin hipo- və avitaminozu insanlarda müşahidə olunmur. Orqanizmin bu vitaminə olan gündəlik tələbatı orta hesabla 2-6 mq-a qədərdir.

K vitamini və ya antihemorraqik vitaminin əsas mənbəyi bitkilərin yaşıl yarpaqlarıdır. Məhsullarda K1 (filloxinon) və K2 (metaxinon) şəkildə rast gəlinir.

Bunlardan əlavə, K3 (metinon) şəkildə aktiv sintetik preparat kimi də buraxılır. Kələm və gicitkən yarpaqları bu vitaminlərlə daha zəngindir. Donuzun qaraciyərində onun miqdarı yüksəkdir. K vitamini çatışmazlığı dərialtına və əzələ daxilinə qan sızmalara, qanın laxtalanma xassəsinin azalmasına gətirib çıxarır. Bu səbəbdən də K vitamini qanaxmanın qarşısını almaq üçün işlədilir.

K vitamininin çatışmadığı zaman orqanizmdə qanın laxtalanması müddətini artıran protrombinin sintezi azalır. Bununla belə, orqanizmdə K – avitaminozu nadir hallarda baş verir. Belə ki, K vitamini bağırsaq bakteriyaları tərəfındən sintez olunur. K vitaminin növlərindən metinon (K3) artıq miqdarda qəbul ediləndə zəhərli təsirə malik olur.

Orqanizm üçün onun gündəlik tələbat norması 2 mq-dır (K1 üçün). K1 vitamini ərzaq məhsullarından ispanaqda – 4,5 mq%, pomidorda – 0,4 mq%, göy noxudda – 0,1 -0,3 mq % miqdarda rast gəlinir.

Suda həll olan vitaminlərə isə B1 (tiamin), B2 (riboflavin), PP (niasin), B6 (piridoksin), B12 (folasin), pantoten turşusu, B15 (panqam turşusu), C vitamini, bioflavonoidlərdən P-ni, biotin vitaminini aid edirlər.

B1 vitamini və ya tiamin təmizlənməmiş düyüdə, kobud üyüdülmüş unda, noxudda böyük miqdarda tapılır. Onun çatışmazlığı nəticəsində insanda qeyrisağlamlıq, beri-beri və ya qida polinevriti adlanan xəstəlik baş verir, karbohidratlar orqanizmdə tam mübadilə olunmur, orqanizmin fiziki qüvvəsi və iştahası azalır, ürəyin və bağırsağın fəaliyyəti pozulur. Sinirlərdə milen qişası dağılır, uzunsov beyin mərkəzinin hüceyrələri tələf olur. Ürək fəaliyyətinin çatışmazlığı və diafraqmanın iflici nəticəsində isə insan ölə bilər.

B1 – kükürd saxlayan maddələrə aiddir. Onun çatışmazlığı həm də qanda piroüzüm və süd turşusunun miqdarını artırır, sinir sisteminin fəaliyyətini pozur. B1 avitaminozunda beri-beri xəstəliyi inkişaf edir. Bu isə ayaqda zəiflik, iştahın pozulmasına, yuxusuzluğa gətirib çıxanr. Onun kişilər üçün gündəlik tələb olunan miqdarı 1,6-2,2 mq, qadınlar üçün isə orta hesabla 1,3-1,7 mq-dır.

Qida məhsullarında karbohidratların miqdarı çox olduqca, tiaminə olan tələbat da çoxalır. Mühitin temperaturası aşağı düşdükdə, hamiləlikdə, fıziki və əsəb gərginliyində B1 vitamininə olan tələbat artır. Onun miqdarı pivə mayalarında 0,5 mq%, donuz ətində 0,8mq%, qaraciyərdə 0,37 mq%, ağ çörəkdə 0,15 mq%-ə çatır. Xəmir məmulatlarının bişirilməsi zamanı, tərkibdə çay (qida) sodası olduğu hallarda qələvi mühit yarandığından tiamin parçalana bilir.

B2 vitamini sarı rəngli təbii piqmentdir. O boy artımına təsir göstərir. Belə ki, fermentlərin tərkibinə daxil olur. Riboflavin (B2) zülal mübadiləsinin düzgün getməsinə müsbət təsir göstərir. O müxtəlif oksidazaların tərkibində fəaliyyət göstərir. B2 A vitamini ilə və nikotin turşusunun amidi ilə birlikdə gözü ultrabənövşəyi şüaların təsirindən qoruyur. B2 vitamini çatışmazlığında əzələ zəifliyi, dildə və mədədə xəstəliklər yaranır.

B2 vitamini və ya riboflavin maya göbələyində, qaramalın qaraciyərində, böyrək toxumasında, balıq məhsullarında geniş yayılmışdır. Qidada bu vitaminin çatışmazlığı orqanizmdə bir sıra patoloji dəyişikliklər doğurur. Xəstədə göz və dərinin zədələnməsi, işıqdan qorxma, göz yaşının axması, göz büllurunun tutqunlaşması, görmənin zəifləməsi, ağız boşluğunda və qida borusunda yaralar, qan təzyiqinin və bədən temperaturunun aşağı düşməsi, şüurun itməsi və qıcolma halları baş verir.

İnsan orqanizminin bu vitaminə olan gündəlik tələbatı orta hesabla 2-4 mq təşkil edir. Onun miqdarı ərzaq məhsullarından mayada -2,4 mq%, yumurtada -0,6mq%, yağda -0,19 mq%, treska balığı ciyərində -0,35 mq%, pendirdə -0,43mq%, balıqda 0,08 mq%, soğanda 0,03 mq%-ə çatır. B2-nin bir hissəsi bağırsaq florasının tərkibindən sintez olunur.

Vitamin B6-piridoksin və ya adermin maya göbələklərində, qaraciyərdə və böyrəklərdə rast gəlinir. İnsanda B6 vitamini çatışmazlığı nəticəsində dermatit xəstəliyi baş verir.

B6 vitamini zülal mübadiləsini aktivləşdirir, müxtəlif amin turşuların sintezi və parçalanmasında (triptofan, metionin, qlütamin turşusu və s.), kreatin sintezində iştirak edir. B6 – doymamış yağ turşularının sintezini və mənimsənilməsini də sürətləndirir. O, mədə şirəsinin turşuluğunu artırır, qan dövranında, piylənmədə və aterosklerotik xəstəliklərin qarşısının alınmasında iştirak edir.

Bu vitaminə olan gündəlik tələbat kişilər üçün 1,8-2,7 mq, qadınlar üçün isə orta hesabla 1,5-2,3 mq-a çatır. Hamiləlik zamanı, yaşlaşma dövrlərində ona olan ehtiyac daha da çoxalır.

Ərzaq məhsullarından mayanın tərkibində 4 mq%, soyada 0,9 mq%, qarğıdalıda 1,0 mq% -ə qədər B6vitamini olur.

PP vitamini və ya nikotin turşusunun amidi maya göbələklərində, qaraciyərdə və böyrəkdə, ətdə, düyüdə geniş yayılmışdır. Onun çatışmazlığı zamanı insanda yorğunluq, apatiya, yuxusuzluq, selikli qişaların pozğunluğu, dərinin qızarması və şişməsi, sinir sisteminin işində dəyişikliklər, qulaqlarda səs-küy, baş ağrıları və digər patoloji əlamətlər yaranır. Bu vitaminə olan gündəlik tələbat 15-20 mq-a bərabərdir.

PP vitamini (niasin) orqanizmin oksidləşmə-bərpaedici proseslərində iştirak etməklə, koferment qrupların tərkibinə daxil olur. Mədənin, mədəaltı vəzin, qaraciyərin fəaliyyət funksiyasını artırır. O, həmçinin zülal mübadiləsində də iştirak edir.

Orqanizmdə PP vitamini B6 vitamininin iştirakı ilə triptofandan əmələ gəlir. PP avitaminozu (pellaqra xəstəliyi) mədə-bağırsaq pozulmalarına gətirib çıxarır.

Bu vitaminə olan gündəlik tələbat norması kişilər üçün orta hesabla 18-25 mqa, qadınlar üçün isə 14-22 mq-a çatır. Fiziki və əsəb-psixika gərginlikləri zamanı “PP”-yə olan tələbat da çoxalır. Onu 5 mq-dan artıq miqdarda qəbul etdikdə (əlbəttə, məhsullarla), dəri kapillyarlarının genişlənməsinə, onların qızarmasına və istilik əmələ gəlməsinə səbəb olur.

Məhsullarda olan miqdarı orta hesabla mal əti üçün 3,3 mq%, dana əti üçün 4,l mq%, qoyun ətində 4,5 mq%, donuz ətində 2,3 mq%, balıq ətində 2,2mq%, yumurtada 0,2 mq%, quş ətində 3,1-4,7 mq%, pomidorda 0,42mq%, paxlalılarda 2,3 mq%, çörəkdə 0,67 mq% -ə çatır.

B9-folasin 1941-ci ildə ispanaqdan alınan vitamindir. Yunanca “yarpaq” mənasında işlədilir. O aminturşuların sintezində, zülallar və nuklein turşularının və digər birləşmələrin mübadiləsində iştirak edir.

Vitamin B12 və ya siankobalamin qaraciyərdə və böyrəklərdə çox olur.

Qidada bu vitamin çatışmadıqda qırmızı sümük iliyində eritrositlərin əmələ gəlməsi prosesləri pozulur.

B12 vitamini 1948-ci ildə çiy qaraciyərdə təmiz halda tapılmışdır. Qan dövranı orqanları və eritrositlərin yeniləşməsində iştirak edir. Azqanlılıqda istifadə olunur. Bu vitamin aminturşularından olan metionin sintezini təmin etməklə zülal, yağlar və karbohidratların mübadiləsində fəal iştirak edir.

B12 vitamini orqanizmin xarici mühit amillərinin təsirinə qarşı olan müqavimətini artırır. O, eyni zamanda, sinir sisteminin fəaliyyətini də poza bilir və bu zaman reflekslər tormozlana bilər ki, orqanizmin həssaslığının pozulmasına gətirib çıxanr. Bu çatışmazlıq, xüsusilə çoxlu miqdarda bitki qidası qəbul etdikdə baş verir.

Aterosklerozun müalicəsi zamanı qanda olan xolesterinin miqdarına təsir göstərməklə folasin orqanizm üçün müsbət rol oynayır.

Bu vitamin qan dövranı üzvlərinin xəstələnməsi, qaraciyər, yatalaq xəstəlikləri zamanı istifadə olunur. Orqanizm üçün gündəlik tələbat norması 0,1-0,5 mq-a qədərdir.

Ərzaq məhsullarından salatda -40 mq%, cəfəri göyərtisində – 117, paxlalılarda -160, buğdada -37, mayada -1470, qaraciyərdə – 160, böyrəkdə – 45 mq%-ə qədər olur.

İnsan orqanizmində bağırsaq mikroflorası bu turşunu az miqdarda sintez edir.

Pantoten turşusu bütün məhsullarda vardır. Oksidləşmə proseslərində və mübadilədə iştirak edirlər. Onun çatışmazlığı yorğunluq, zəiflik, infeksiya xəstəliklərinə və s. səbəb olur.

Orqanizm üçün bu vitaminə olan gündəlik tələbat norması 10-15 mq-a qədərdir. Onun miqdarı qaraciyərdə 9-30 mq%, kartofda – 0,6, dəndə – 0,6-0,9, yumurtada 1,5-2,7 mq%-ə çatır.

C vitamini və ya askorbin türşusu bitkilərdə, xüsusilə də giləmeyvələrdə, itburnuda, limonda, kələmdə çoxdur. C avitaminozu zamanı insanda skorbut və ya sinqa adlanan xəstəlik baş verir. Bədənin ümumi zəifliyi, təngənəfəslik, ürək fəaliyyətinin artması, qan damarlarının zəifləməsi, qan sızmaları, damaqda iltihab və qansızılma halları desnaların çürüməsi və laxlaması, daxili orqanlarda  pozğunluqlar C avitaminozu üçün xarakterik olan simptomlardır. İnsan orqanizminin bu vitaminə olan gündəlik tələbatı 50-100 mq-a çatır.

Askorbin turşusu oksigenin müxtəlif radikal formaları ilə qarşılıqlı əlaqəyə girib orqanizmə radioprotektor təsiri göstərir. Onun çatışmazlıği orqanizmin təbii bioloji müdafıə sisteminin aktivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bununla da onun ətraf mühitin zərərli təsirinə qarşı müqaviməti azalır və xəstəliklərin artmasına səbəb olur.

Ona görə də son illər əhalinin “Bafıvit-l”, “Vitus-1” kimi həblər şəklində (tabletlər) polivitamin kompleksləri ilə təminatı məsələsinə xüsusi fikir verilir. Bunların tərkibində C vitamini ilə yanaşı vitamin A, B1, B2, pantoten turşusu, B6, B12, E, PP kimi vitaminlər də vardır ki, onlar da aktiv inqredientlər rolunu oynayırlar.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...