VARİKOZUN ƏLAMƏTLƏRİ

Hansı əlamətlər varikoz xəstəliyindən şübhələnməyə əsas verir?

Ayaqda gözlə görünən venalar olduqda və bəzi simptomlar da bura qoşulduqda varikoz xəstəliyindən şubhələnmək asandır.

Lakin bəzi hallarda ayaqda gözlə görünən qabarıq damarlar olmur. Bu halda simptomlar çox önəmlidir. Xəstələrdə mütəmadi olaraq axşama doğru ayaqlarda artan agırlıq, diskomfort hissi, ödem (şişkinlik), bəzən gecə qıcolmaları, qaşınma müşahidə olunur.

loading...

Qadınlarda bu əlamətlərin menstrual tsikl dövründə daha da artdıgını görə bilirik. Fərqləndirici xüsusiyyət ayaqları yuxarı qaldırdıqda əlamətlərin azalmasıdir.

Kompression trikotajın mütəmadi istifadəsi xəstələrə olduqca yaxsı təsir edir. Bu halda diaqnozu dəqiqləsdirmək üçün ayaq venalarını doppler müayinə etmək önəmlidir.

Dr. Afaq Zahidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...