VƏRƏM XƏSTƏLİYİ

VərəmVərəm “Mykobakterium tuberculosis” başqa sözlə vərəm çöpləri tərəfindən törədilən infeksion xəstəlikdir.

Yoluxma tənəffüs yolları ilə baş verir;

Hava-damcı infeksiyasıdır;

loading...

Xəstə şəxs danışanda, öskürəndə və asqıranda tənəffüs yollarından ətraf mühitə çoxlu damlacıqlar səpələnir və nəfəsalma ilə ətrafdakı sağlam şəxslərin tənəffüs yollarına daxil olur. Beləliklə orqanizm vərəm çöpü ilə qarşılaşır və infeksiyalaşır. Lakin hamıda mütləq vərəm xəstəliyi inkişaf etmir. Orqanizmin immun sistemi mikroba müqavimət göstərir. Sonralar hər hansı bir səbəbdən immun sistem zəifləyərsə vərəm çöpləri aktivləşir, müxtəlif orqanlara hücum edərək xəstəlik törədir. Vərəm bədəndə yayılıb bir çox orqanları zədələyə bilər. Lakin giriş qapısı tənəffüs yolları olduğundan ağciyər vərəmi daha çox rast gəlir;

Vərəm müalicə olunan xəstəlikdir, lakin xəstə nəzarətsiz və müalicəsiz qalarsa ölümə səbəb ola bilər;

Vərəmə şübhə yaradan əlamətlər:

Öskürək — uzun müddət davam edən, quru;

Döş qəfəsində ağrılar;

Axşamlar hərarətin yüksəlməsi;

Halsızlıq;

Gecə tərləmələri;

İştahın azalması;

Bədən çəkisinin azalması;

Bəlğəmdə qan;

Təngnəfəslik— xəstəlik xeyli irəlilədikdə yaranır.

Əgər bu əlamətlər mövcuddursa vaxt itirmədən həkimə müraciət edin.

Risk altında olanlar:

5 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı yaşlılar;

Şəkərli diabet xəstələri;

Hiv infeksiyası;

Kortikosteroidlə müalicə (bronxial astma və revmatoloji xəstələr);

Onkoloji xəstələr;

Dializdə olanlar;

Orqan transplantasiyası;

Alkoqolizm;

Siqaretçəkmə;

Narkomaniya;

Evsizlər, yataqxanada qalanlar;

Qaçqınlar, miqrantlar;

Məhkumlar;

Vərəm xəstəsi ilə kontaktda olanlar (ailə üzvləri, iş yoldaşları, qapalı mühitdə uzun müddət kontaktda olanlar).

Risk qrupuna daxil olanlar tibb müəssisələrində ciddi nəzarətə götürülür və müvafiq profilaktika tədbirləri aparılır.

Risk qrupuna daxil olmayanlar vərəmlə xəstələnməmək üçün sağlam həyat tərzi keçirməli, zərərli vərdişlərdən (alkoqol qəbulu, siqaretçəkmə) uzaq olmalı, düzgün qidalanmalı və düzgün yuxu rejimində olmalıdırlar.

İldə ən azı 1 dəfə profilaktik həkim müayinəsində olun.

Dr. Günel Fətəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...