UŞAQLIQ POLİPLƏRİ NƏDİR

ViruslarPoliplər boşluqlu orqanlarda əmələ gələn xoşxassəli çox zaman hormondan asılı patologiyadır, lakin poliplərin bədxassəli yəni maliginizasiya ehtimalı yüksəkdir!

Poliplər uşaqlıq daxili – endometriyada və ya uşaqlıq boynu -servikal kanalda yerləşə bilər.

Poliplər bütün yaş qruplarında təsadüf edilə bilər. Poliplər tək və çoxsaylı ola bilir, çox saylı olursa bu polipoz adlandırılır.

loading...

Əgər bu patologiya varsa bu zaman qadınlarda aybaşıdan bir neçə gün əvvəl və sonra qara, qəhvəyi rəngli ifrazatın gəlməsi, aybaşı zamanı qanaxmanın miqdarında çoxalma, böyük laxtaşəkilli qanamalar, hamiləliyin baş verməməsi, bəzən isə beldə və qarının aşağılarında periodik ağrılarla müşahidə oluna bilən şikayətlər meydana çıxır.

Poliplərin dərman müalicəsi yoxdur yalnız cərrahi müalicə ilə götürülməlidirlər! Histereskopik nəzarət altında mini-invaziv yolla bu problemləri venadaxili anesteziya altında transservikal yolla xaric edirik.

Fərqi yoxdur poliplər hər hansı boşluqlu orqanda varsa birmənalı olaraq xaric edilməlidir, əks halda maliginizasiya riski yüksəkdir!

Dr. Heyran Hüseynova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...