UŞAQLARDA YERİMƏ POZĞUNLUĞU, AXSAMA

Uşağınız təzə yeriməyə başlayanda hər addımı sizin üçün çox önəmlidir. Bəzi xəstəliklər onların yerişini pozaraq, axsamağa səbəb ola bilir.

Bu xəstəliklərə travmalar, bəzi iltihabi və infeksion xəstəliklər, septik artrit, osteomielit, yuvenil Revmatoidli artrit, nevroloji xəsətəliklər, serebral iflic, distrofiyalar, anatomik pozğunluqlar, anadangəlmə bud-çanaq oynağının çıxığı və bəzi bədxassəli şiş xəstəlikləri aiddir.

Bu xəstəliklərin bəziləri təcili müdaxilə gərəkdirdiyi halda, bəzilərini nəzarətdə saxlamaq kifayət edir.

loading...

Axsamanın necə başladığı, uzun zamandır olub-olmadığı, ağrılı və ya ağrısız olduğu mütləq araşdırılmalıdır. Bu səbəbdən uşaqlarınızın axsadığını müşahidə etsəniz, mütləq mütəxəssisə müraciət edin.

Dr. Gülay Qurbanzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...