UŞAQLARDA TÜKLƏNMƏ NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ

Dövrümüzdə uşaq və yeniyetmələrdə əsasən də qız uşaqlarında  tez – tez rast gəlinən şikayətlərdən biri də tüklənmədir. Tüklənmənin mütləlif formaları vardır.

Hipertrixoz

Hipertrixoz bədənin müxtəlif hissələrində çox miqdarda tükün əmələ gəlməsidir. Hirsutizmdən fərqi tüklərin inkişaf etdiyi nahiyələr və tüklərin quruluşudur. Əsasən kiçik uşaqlarda, qollarda, kürək nahiyyəsində, bütün qıçlarda, bəzən bığ bölgəsində görülür. Tük quruluşu incədir, qıvrım deyildir. Daha çok genetikdir, tüklü olan ailənin uşaqlarının da  tüklü olması.

loading...

Hirsutizm

Hirsutizm isə qızlarda kişi tipli tüklənmə olaraq müəyyən olunur. O  hormonal balansın pozulması zamanı ortaya çıxır. Kişi tipli tüklənmə yəni saqqal, bığ, sinə, qarın  nahiyyəsində görülür. Tüklər sərt, uzun və qıvrımdır. 10 yaş ətrafındaki qız uşaqlarında hirsutizm, sızanaqlarda artma, aybaşı pozulmaları, çəki artımı varsa, polikistik over baxımından müayinə olunmalıdır. Əgər övladınızda bu tipli tüklənmə varsa mütləq uşaq endokrinoloquna müraciət edin.

Dr. Günay Cəbrayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...