UŞAQLARDA TUALET VƏRDİŞİ

Uşaqlarda tualet vərdişi onların əzələlərinin idarəsinə nəzarəti qazanmaqları ilə formalaşır. Fiziki cəhətdən bu yetkinliyə çatdıqdan sonra uşaq artıq tualet vərdişinə hazırlana bilər. Bu yetkinliyə çatmazdan əvvəl uşağa tualet vərdişini qazandırmağa çalışmaq fayda əvəzinə zərər verə bilər. Bu halda valideynlər uşağı məcburi şəkildə öyrətməkdən qaçmalıdır.

Tualet vərdişinin formalaşmasında rol oynayan sfinkter əzələlərinin idarəsi fizioloji baxımdan 18-20 aydan sonra başlayır. Lakin bu rəqəm uşaqdan-uşağa dəyişə bilər. Bəzi uşaqlar 18 ayında bu yetkinliyə çatdığı halda bəziləri 24 ayında çata bilər. Burada genetika rol oynayır. Ümumilikdə isə uşaqlarda kiçik tualet vərdişini qazanmaq faizi 2 yaşda ikən 25/100%, 2.5 yaşda 85/100%, 3 yaşda isə 98/100% təşkil edir. 4 yaşlı uşaqların 95%i, 5 yaşlıların isə 99%inin böyük tualet vərdişini qazandığı bilinir.

Hər bir valideyn uşağa bu vərdişi öyrətməzdən əvvəl 3 amilə diqqət etməlidir:

loading...

Uşaqda fizioloji cəhətdən əzələ idarəsinə nəzarət hansı səviyyədədir?

uşaq gün ərzində dəfələrlə az-az etmək əvəzinə bir neçə dəfə və yetərli miqdarda kiçik tualetini edə bilir?

bir neçə saat ərzində quru qala bilir? (2-3 saatdan bir altını dəyişdirdikdə pampersinin quru olduğu müşahidə edilir?)

tualeti gəldiyini üzü,mimikaları,bədən duruşu ilə ifadə edə bilir? (Qeyd:bunu bu dövrdə hər uşaq etməyə də bilər,narahatlığa əsas yoxdur hələ etmirsə)

Əgər bu bəndlərdən ilk 3-ünə cavab “hə”dirsə demək uşaq əzələ idarəsinə nəzarət etməyə başlayıb artıq.

Fiziki hazırlığı,xüsusən də motorikası formalaşıb? Əl və barmaq koordinasıyası inkişaf edib? Müxtəlif obyektləri əlinə barmaqları ilə götürə, tuta bilir? Leqoları taxıb çıxara bilir? Və s.

Tualet vərdişinə başlayan zaman uşağın əqli inkişafı mütləq dəyərləndirilməlidir. Çünki bu vərdişi qazandıran zaman məqsəd bədənin idarəsini beynə ötürməkdir. Beynimiz bədənimizin idarəsinin əsasını təşkil edir. Uşaq valideynin təlimatlarını başa düşməli, cavablandırmalı və öz reaksiyasını verməlidir. Bu zaman aşağıdakılara diqqət edilməlidir:

üzündəki üzvləri, orqanları göstərə bilir?

bir yerdən başqa bir yerə özü sərbəst gedə bilir?

sadə işlərdə sizi təqlid edə bilir?

istədiyiniz hər hansı bir oyuncağı sizə gətirə bilir?

hər hansı bir obyekti yerinə lazımı şəkildə yerləşdirə bilir?

Əgər uşaq bu sadalanan 5 bəndi edə bilirsə tualet təliminə əqli cəhətdən də hazırdır.

Hər yeməkdən sonra uşağı bir neçə dəqiqəlik qarşoka oturtmaq lazımdır. Zamanla uşaq özü ehtiyyacını ifadə edəcəkdir. Sadəcə yetəri qədər bu haqda maarifli və səbrli olmaq lazımdır. Camaatın uşağı artıq öz ehtiyyacını bildirir, özü gedir oturur və sizin də uşağınız da eynən belə olmalıdır deyə düşünmək, uşağı məcbur etmək çox yalnış olar.

Uşaqda qorxu formalaşar,qarşıdakı zamanda enurez,enkoprez kimi problemlərlə qarşı-qarşıya qalar və nəticədə tualet vərdişini qazanması daha çətin,gərgin,uzunmüddətli bir proses olar.

Dr. Nərmin İslam

loading...

Bunlarıda bəyənə bilərsiniz ...