UŞAQLARDA SAÇ TÖKÜLMƏ

Günün aktual mövzularından biri uşaqlarda saç tökülmədir. Uşaqlarda hər gün 2- 3 saç tökülməsi norma sayılır lakin bu artiq daha çox, yəni gözə çarpacaq dərəcədə müşahidə olunursa artıq narahat olmaq lazımdır.

Bəzən buna sadəcə saç tökülmə kimi baxıb keçirik. Əslində adi saç tokulme kimi baxdığımız saç tökülməsi hər hansı  xəstəliyin xəbərverici siqnalı ola bilər. Gəlin araşdıraq nə səbəblərdən saç tökülməsi olur.

  1. Hərarətin uzun müddət yüksəlməsi nəticəsində uşaqda saş tökülməsi ola bilər bu keçirdiyi güclü infeksion xəstəliyin nəticəsidir. Aparılan müalicədən sonra saç töülməsi dayanır və yenisiylə əvəz olunur.
  2. Genetik factor. Əgər ata ana vəya yaxın qohumlardan kimdəsə saç tökülməsi varsa bu ailədə hər hansı uşaqda olma riskini artırır.
  3. Uşaqlarda hipovitaminoz A və E çatışmamazlığı güclü saç tökülməyə gətirib çıxardır.
  4. Uşaqlarda trikotilomani saçın kökündən qopmasına gətirib çıxardır. Uzun müddət stress nəticəsində saçlar hətta qaşlar belə tökülür tamamiylə stress faktoru rol oynayır burada.
  5. Uşaqlarda göbələk xəstəliyi saç dibi kəpəklənmə bir müddət sonra saçların quruluğu və saç tökülmə müşahidə olunur.
  6. Ən vacib saç tökülməyə səbəbsə bəzən ciddi xəstəliklər olurki bunada Alopesi Areata xəstəliyidi. Uşaqlarda rastgəlmə yaşı 5 yaşdan aşağıdı. Bunlar gözə çarpacaq tökülmələrdir, 1- 2 sm dairələr formasında tökülmələr olur buna fikir verilməzsə sonda uşaq tam saçsız hətta qaşsızda, kipriksizdə qala bilər.
  7. Uşaqlarda qurd invaziyaları
  8. Uşaqlarda “troid xəstəlikləri” el arasında zob xəstəliyi kimi tanıdığımız bu xəstəlikdə.
  9. Uşaqlarda anemiya saç tökülmə üçün bir səbəbdi.
  10. Əsas və hec vaxt ağlınıza gətirməyəcəyiniz bir səbəbdə varki bəzən anaların nənələrin uzun müddət uşaqların saçını həmişə bir tərəf üstə yığması uzun müddətli dartılıb yığılması vaxtı vaxtında daranmaması düzgün olmayan kimyəvi tərkibli şampunların istifadəsidə saç tökülməyə səbəb olur.

Bəzi istisnalar varki uzun müddət hormonal terapiya kimya terapiyalar şiş xəstəlikləridə saç tökülməsinə  səbəb olur ki bunlarıda bilmək vacibdir.

loading...

Pediatr Lala

loading...

Bunlarıda bəyənə bilərsiniz ...