UŞAQLARDA KƏLLƏ-BEYİN TRAVMALARI

UşaqlarYeriməyə yeni başlayan və yerində dayanmağı sevməyən uşaqlar tez-tez yıxılırlar və başlarını sərt yerlərə vuraraq ata-analarını qorxuya salırlar. Adətən, bu travmalar ciddi problemlər təşkil etmədən başda şişlik və ya bir neçə göyərmələrlə keçib gedir.

Əgər uşaq öz boyundan daha yüksək hündürlükdən yıxılarsa bu daha ciddi travmalara səbəb ola bilər. Əhəmiyyətsiz bir yıxılmanı ciddi bir kəllə-beyin travmasından ayrımaq üçün bəzi əlamətlərə diqqət eləmək lazımdır.

Əgər..

loading...

Uşaq huşunu itiribsə;

Nəfəs alib-verməkdə çətinlik çəkirsə;

Qıcolmaları olursa;

Qulaq, burun və ya ağızdan qan gələrsə;

Qulaq və ya burundan suya bənzər şəffaf bir maye gələrsə;

Uşaqda dayandırılamayan bir ağlama və ya narahatçılıq varsa;

Qarşısı alınamayan yuxululuq varsa;

Travmadan sonra 3 dəfədən çox qusması olursa;

Getdikcə artan baş ağrısı varsa mütləq həkimə müraciət etmək lazımdır.

Əgər yuxarıda sadalanan əlamətlərdən hər hansı biri olarsa, öncə uşağı sakitləşdirmək lazımdır. Başını vurduğu yerə buz və ya soyuq kompres qoymaq lazımdır ki, şişməsin. Ehtiyac olarsa ağrı kəsici verə bilərsiniz. Hər şey normal olsa da, travmadan sonra uşaqları 24 saat nəzarətdə saxlamaq lazımdır. Bu müddət ərzində əgər uşaqda qeyri-adi hallar müşahidə olunarsa həkimə müraciət etməlisiniz.

Dr. Ruslan Yunusov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...