UŞAQLARDA İSHAL

İshal uşaqlarda ən çox görülən həzm sistemi problemlərindən biridir. Bu simptom körpənin mədə-bağırsaq traktının müxtəlif xəstəliklərində və infeksiyalarında ortaya çıxır. Uşaqlarda ishalın səbəbləri çox müxtəlif ola bilər. Bunların bəzilərini aşağıdakı qruplara bölmək olar:

Qida pozğunluqları. Əgər uşaq ana südü içirsə,ishala səbəb ananın pəhrizinin pozulması ola bilər. Daha yaşlı uşaqlarda belə problem, sellüloz tərkibli qidanın həddindən artıq yeyilməsi zamanı ola bilər. Hər valideyn uşağın giləmeyvə, şirniyyat və meyvənin nə qədər yeməsinə diqqət etməlidir-məhz bu məhsulların çox yeyilməsi uşaqlarda ishala səbəb ola bilir.

Dərmanların nəticəsi. Uzun müddətli dərman qəbulundan sonra bağırsaq mikroflorasının pozulması nəticəsində uşaqlarda ishal hallarına rast gəlinir.

loading...

Bağırsaq infeksiyaları. Virusların, bakteriyaların və göbələklərin həzm sisteminə düşməsi bağırsaqların işləməsində pozğunluğa səbəb olur. Ən çox yayılmış patogenlər arasında rotovirus infeksiyası, dizenteriya və digər bakterial mənşəli infeksiyalar daxildir.

Dispepsi pozulmalar. İshal-qaraciyər,mədəaltı vəzi və nazik bağırsağın patologiyalarında ferment çatışmazlığının bir əlaməti ola bilər.

Sinir gərginliyi. İshal qorxu və stress səbəbindən də yarana bilər.

Diş çıxarma.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...