UŞAQLARDA İNADKARLIQ

Çox zaman valideynlərimiz şikayətlənirlər ki, necə olur axı biz nə ediriksə, necə ediriksə bizə tabe olmur övladımız, inadkarlıq edir amma sizin dediklərinizə əməl edir, dinləyir, tərslik etmir.

Bir çox hallarda rastlaşdığımız ən əsas səbəb isə budur:

Körpəlik çağından təbii olaraq valideynlər övladlarının hər bir tələbatını ödəməyə çalışırlar, əllərindən gələni edirlər onlar üçün. Lakin bəzən həddən artıq onlar üzərində əsirlər, hətta hər istədiklərini sərhədsiz şəkildə yerinə yetirirlər. Övladları böyüdükcə onları bir neçə dəqiqə belə ağlamağa icazə vermirlər, bununcün əllərindən gələni edirlər.

loading...

Artıq müəyyən yaşa çatdıqda uşaqlar tərs və inadkar uşaqlar kimi formalaşmış olur,valideynlərin qoyduqları qayda-qanunlara əməl etməyi rədd edirlər. Çünki onlar “xeyr” kəliməsini bilmirlər.

Bu şəkildə böyüyən uşaqlar ailəsində xəyal qırıqlığına uğramadıqları üçün, istədiklərinin hər zaman yerinə yetirildiyi üçün, onlara sərhəd qoyulmadığı üçün artıq zamanla yeni sosial mühitlərə, xüsusən də məktəb mühitinə düşdükdə davranış problemlərinə görə bir çox çətinliklərlə qarşılaşırlar.

Ona görə də əziz valideynlər, uşaqlara “yox” deməyi bacarmalı, qoyduğunuz qayda-qanunları möhkəm tutub ona əməl olunmasında israrlı olmalısınız. Burada ailə üzvlərinin hər birinin buna əməl etməyi, tutumlu olmağı vacib məqamlardan biridir.

Yəni əgər ana hər hansı bir şeydə uşağa “yox” deyirsə atanın da, digər ailə üzvlərinin də bu mövqedə olmağı mütləqdir. Əks halda bu yolda müsbət nəticə alınmayacaq.

Dr. Nərmin İslam

loading...

Bunlarıda bəyənə bilərsiniz ...