UŞAQLARDA DÜZGÜN QİDALANMA

Uşaqlarla inadlaşıb qidalanma anını müharibə halına çevirməyin. Uşağa yemək seçmə haqqı verin, özü qidalanmasına şərait yaradın. Bu zaman onlarda özünəinam hissi və birisindən asılı olmama hissi formalaşacaq. Ana və ataların ən böyük səhvi uşaqların özlərini doydura bilməyəcəyi qorxusu ilə onlara təzyiq göstərməsidir.

Amma uşaqlar qidalanmağı işgəncə deyil, zövq alacağı bir məşğuliyyət kimi hiss etməlidir. Uşaqların qidalanmasında ilk hədəf orqanizmin ehtiyacı olan vitamin, mineral, protein, karbohidrat və yağ ehtiyacını ödəməkdir. Bəs nədir bunlar?

Süd və süd məhsulları

loading...

Zülal mənşəli qidalar, ətlər

Meyvə və tərəvəzlər

Un məmulatları

Su ehtiyacı

Atışdırmalıq əvəzinə evdə hazırlanan qurabiyələr

Uşağın gündəlik normal qidalanmasını 3 əsas menyuya bölməliyik. Səhər, günorta, axşam yeməyi və hər qidalanma arasındakı müddət 4 saatdan az olmamalıdır.

Günorta və axşam yeməyi arasında bir dəfə də yüngül qidalandıra bilərsiniz. Bunlardan əlavə aralarda sudan başqa heç bir yemək və içkilər verilməməlidir. Hesab etmədiyiniz şokolad və başqa məhsullar doyma hissi yaradaraq növbəti qidalanmanı təxirə sala bilər.

Əgər uşağınız səhər və ya günorta yeməyi zamanı az qidalanmış olsa da mütləq 4 saat gözləyib sonra yemək verməlisiniz. Unutmayın sağlamlığın ilk şərti sağlam qidalanmadır.

Dr. Günay Cəbrayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...