UŞAQLARDA BURUN TIXANIQLIĞI

Burun tıxanıqlığı müəyyən xəstəliklərin yaranmasına səbəb olur və ya hər hansı xəsdəliyin göstəricisi kimi özünü biruzə verir. Gəlin ilk növbədə yeni doğulmuş körpələrdən başlayaq.

Fizioloji olaraq körpələrdə burun dəliyi burun keçəcəyi dar olduğundan nəfəsalma ilk vaxtlar çətin olur. Bu vaxtı sadəcə burun aspiratorlarından və ya sadə duz, dəniz suyu məhlulundan isdifadə etməyiniz yetərlidi. Yox əgər bir müddət isdifadədən sonra baxdınızki heç bir dəyişiklik yoxdur artıq həkimə yönlənməniz məsləhətdir.

Bəzən bundan başqa səbəblərdə varki bunlarıda bilmək mütləqdir. Genetik faktor, burun arası çəpərin əyriliyi, burunda artıq ətin olmasi (adenoidlerin), havanın çirkliliyi, quru olması, siqaret tüstüsü, burun polipləri, allergiya və sonda infeksiyalar səbəblər arasındadır.

loading...

Gəlin görək siz həkimə müraciət etməsəniz övladınızda nə fəsadlar ola bilər ?

İlk növbədə burun tıxanıqlığı olan hər hansı yaş dövründə olan uşaq ağzı açıq yatır buda havanın soyuq halda birbaşa ağız boşluğuna dolması nəticəsində uşaqlar tez tez xəsrələnir. Və təbiiki tez tez xəstələnmək uşağın imunitetini aşağı salır.

Burun yollarını tutulmasl nəticəsində beyinə normal oksigen çatmır və bunun nəticəsində uşaqlarda tez yorulma, diqqət zəyifliyi, daim yuxululuq, iştahIn pozulması, ağız üçbucağının daim göyərməsi, sinir sisteminin oyanıq olması, ürəyin həddindən artıq işləməsi və ürəyin hər hansı narahatçılığına gətirib çıxardır.

Pediatr Lala

loading...

Bunlarıda bəyənə bilərsiniz ...