UŞAQLARDA BUDBAŞI ÇIXIĞI

Uşaqlarda budbaşı çıxığı körpələrdə çox gözdən qaçan və sonradan böyük problemlər yaradan bir problemdi. Hər yeni doğulan uşaqda rast  gəlinməsi  100/60  nisbətindədi.

Uşaqlarda budbaşı çıxığının səbəbləri:

Ananın keçirdiyi infeksion xəstəliklər

loading...

Hamiləlik dövründə az hərəkətlilik

Anada dar çanağın olması

Sarğı gəlişi

İrsi faktor,

İlk hamiləlik

Artıq çəki.

Normalda uşaq doğulandan ilk 1 ay ərzində artıq yerinə düşməmiş bud başı sirkə kasası dediyimiz çanaq sümüyündə yerinə düşməlidi.

Bəzən saydığımız səbəblərdən bu özlüyündə düşmür və bununda yerinə düşməməsini vaxtında aşkarlanmasında fayda var. Çünki vaxtında qoyulan diaqnoz bu problemi aradan tamamilə götürür. Bunu deyəcəklərim əsasında aşkara çıxartmaq mümkün ola bilər.

İlk olaraq körpənin 40 günlüyündən artıq yoxlamağa başlayın. İlk olaraq uşağın yuxarı budbaşı hissəsini  ehmalca saat istiqamətində fırladın vəya yana doğru  hərəkət etdirin. Bu zaman oynaq başı tam rahatlıqla hərəkət etməli əgər hər hansı tərəfdə hərəkət məhdudiyyəti varsa şüohə yaradır.

Növbəti olaraq diqqət edəcəyiniz uşağın ayaq büküşləridir  öndən və arxadan, ayaqların ikisinində eyni boyda olması, bud, pəncənin yana doğru meyilliyi bunları gördüyünüz halda artıq narahat olmağa dəyər, pediatr yanına getməyiniz məsləhətdir.

Onun dəqiqləşdirilməsi  təkrari pediatr tərəfindən müayinə displaziya diaqnozu qoyulması diaqnostik üsullara müraciət olunur. Əgər aşkarlanarsa artıq onun dərəcəsinə uyğun bud çanaq displaziyası adı altında göstərişlər verilir. Karset, masaj ve bandaj məsləhət görülür.

Pediatr Lala

loading...

Bunlarıda bəyənə bilərsiniz ...