UŞAQLARDA BAŞ ÇEVRƏSİ  

Uşaqlarda boyBəzən baş çevrəsinə önəm verməyəen hətta ona zarafatyana ailəcə kimdəsə başın böyük, kiçik, önə doğru qabarıq, arxa ənsə yastı olduğunu stat gətirib keçirlər. Əgər nə vaxtsa ailədə olan hər hansı şəxsin baş quruluşunu görməzdən gəliblərsə və övladdada bunu davam kimi görmək böyük bir yanlış olar.

Unutmayaqki uşaqlarda baş çevrəsidə boy və kilo qədər önəmlidir. Beləki başın ölçüsü hər aya uyğun dəyişməlidir. Baş çevrəsinin normal inkişafı beynin inkişafından xəbər verir. Körpələrdə 6 ay ərzində hər ay, 6 aydan sonra pediatrın nəzarətində bəlli aralıqda yoxlanmağı vacibdir. Əmgəyi normalda 18 aya kimi bağlanmalədır.

Bəzi səbəblərdən bu ya tez yada gec bağlanır. Bunun səbəbləri müxdəlifdir. Səbəbi araşdırılmalıdır. Ən öndə duran 2 çox eşidilən mikrosefali – baş çevrəsinin normadan çox aşağı olmadı. Makrosefali – baş çərçivəsinin normadan çox olması. Bunun hər ikisinin uşağın inkişafına böyük təsiri var.

loading...

Normada uşaqlarda baş çevrəsi anadan olanda 35-36 sm olur. Müayinə zamanı uşağın baş çevrəsi ölçülər  və nəzarətdə saxlanılır. İlk aylarda gözlə görünən az dəyişiklik nəzərə alınmır. Anadan anamnez toplanılır hamiləlik keçirmə müddəti aldığı müalicələr keçdiyi müayinələr və sonda anada olan infeksiyalar.

Körpə pediatra gələrkən  hansı müayinələrdən keçməsi önəmlidir. Rutin olaraq ilk gördüyümüz körpədən qan sidik nəcis analizi isdənilməlidir. Vizual olaraqsa başın çevrəsi, boy çəki dərinin rəngi bud çanaq oynağının vəziyyəti gözdibi müayinəsi şüphə olarsa başın sonaqrafisi, rentgen isdənə bilər.

Uşaqlarda baş çevrəsinin böyük və ya balaca olması ilk əvvəl heç bir reaksiya verməsədə sonradan ciddi nevroloji, hərəkət pozğunluğu və digər fəsadlar verir. Vaxtında qoyulan diaqnoz səbəbi aradan götürür.

Pediatr Lala

loading...

Bunlarıda bəyənə bilərsiniz ...