UŞAQ YANAN ZAMAN NƏ EDƏK

YanıqYanıq zamanı ağrı, göynəmə olduğunu bilirik. Eyni hiss sıyrılanda da olur. Amma o zaman doğru edərək soyuq su altənda yuyub hansısa antibiotik tərkibli məlhəm vururuq, məsələn Levomikol. Bir az da çox bilikli olanlar Bepanten istifadə edir.

Yanıq zamanı da ilkin yardim 15 dəqiqə soyuq su altında saxlamaqdır. İlkin yardım ona görə vacib deyil ki, həkim gəlincə vaxt boşa getməsin, ona görə lazımdir ki, doğru şəkildə edilmiş ilkin yardım sonrakı sağalma üçün şərtdir. Yəni uşaq yanan kimi tez həkimə qaçırtmağın mənası yoxdur. Yaxşı olar ki, 15 dəqiqə axar soyuq suyun altında saxlayasız. Əlbəttə, yanıqlar fərqli olur. Əgər çox sahə yanıbsa və dərin yanıbsa bu zaman uşağın həyatı təhlükəyə girir və vaxt itirmək olmaz.

Bəs niyə yağ və pasta sürtmək olmaz? Burada dəri zədələnməsi var və sinir reseptorları açıqdır,  buna görə də ağrı baş verir. Ağrıkəsici dərman qəbul etmək yaxud yerli olaraq novokain məhlulu istifadə etmək olar.

loading...

Amma yağ ona görə olmaz ki, burada yağlı örtük yaranır və altında mikroblar inkişaf edərək oradan qana keçir. Yanıq olan yerdə əlbəttə dəri müdafiəsi yoxdur və mikrob asanlıqla heç bir maneə görmədən qana keçər və asanlıqla sepsis də törədə bilər. Buna görə ehtiyatlı olmaq lazımdır. Uşaq nə qədər kiçikdirsə onun dərisi də bir o qədər zərifdir.

Yanıq oldusa ilk növbədə soyuq axar su altında 15 dəqiqə saxlamaq, sonra d-pantenol tərkibli köpük ya məlhəm, sonra soyulma da olarsa antibiotik tərkibli məlhəm vuraraq steril bintlə bağlamaq lazımdır. “Yanığı açıq saxlayaq, hava dəysin” fikri yanlışdır. Çünki havadan mikrob düşər, həm də havanın təsirindən sinir reseptorları daha çox qıcıqlanar.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...