UŞAQ NİYƏ GEC DİL AÇIR

Uşaqlarda gec danışmanın səbəbləri müxtəlifdir. Hansı xəstəliklərdə danışmanın gecikməsi olur:

Daun sindromu

Uşaq serebral iflic

loading...

Autizm

Damaqda olan çatışmazlıq

Genetik gec danışma

İnkişafdan geri qalma

Vaxtından əvvəl doğuş

Böyüklər iki dildə danışarlarsa və ya fikrini bildirmək istədikdə ona müdaxilə edilərsə bu zaman uşaq fikrini söyləməyə qorxur və gec danışır.

Uşağınız fikrini söylədikdə onu diqqətlə dinləyin. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışmaq həvəsi yaranır. Bu da nitqin inkişafına müsbət təsir göstərir.

1 yaşında yanlarında tez-tez təkrarlanan adı tanıyır və gözlərilə onu ifadə edərək göstərir.

2 yaşında kitablarda gördükləri şəkili gözlərilə göstərir və musiqi eşidən zaman ritmik hərəkətlərlə oynaya bilirlər.

3-4 yaşında kim, nə, harada, niyə suallarına cavab verə bilirlər.

15 aylığında bir neçə asan sözü deyirlər.

2 yaşındakı uşaq ən azı 25 kəlməni söyləyə bilməlidir.

2 yaşındakı uşaq bu qədər söz deyə bilmirsə və ya soruşulan suallara cavab əvəzinə işarə etmirsə, onda onun danışma və eşitmə ilə problemləri var.

3 yaşındakı uşaq 200 kəlməni ifadə edə bilmirsə, istəklərinin sözlərlə deyə bilmirsə o zaman onun danışıqla əlaqədar çətinliyi var.

Dr. Lalə Mehdiyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...