UŞAQ ABSANS EPİLEPSİYASI

Absans epilepsiyası huşun itməsilə, dalma, boş baxış kimi xarakterizə edilən epilepsiya növüdür. Tipik absans tutmanın özəlliyi ani başlamadır (saniyələrlə tutma).

Uşaqlıq yaşı absans epilepsiyasının başlanma yaşı 4-10 yaş arası olub, ən çox 3-8 yaşlarda görülür. Xəstələrin inkişafları normal, nevroloji statusu patologiyasız olur. Tutmalar ani başlanğıclı, huşun itməsilə gedən, qısa müddətli davam edən (4-20 san) və sıx təkrarlanan olur. Bu xəstələrin bir çoxu körpəlikdə febril qıcolma keçirən uşaqlar olduğu məlumdur.

Diaqnostikada EEQ müayinədə absansa uyğun patoloji dalğaların görünməsi diaqnozu təsdiqləyir. Müalicədə uyğun antikonvulsant preparat seçilir və çox uşaqlarda tam sağalma ilə nəticələnir.

loading...

Xəstələr ən çox nəyə diqqət etməlidirlər?

Yorğunluq, yuxusuzluq, açlıq tutmaları tezləşdirir.

Yanıb – sönən rəngli reklam işıqları, tez-tez rəng keçidləri olan televiziya reklamları bu tutmalara təkan verir.

Kompüter oyunları oynamaq məsləhət deyil.

Uşağında dalma, donub durma görən valideynlər uşaq nevroloquna müraciət etməlidirlər.

Dr. Siddiqə Süleymanova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...