UŞAĞIN SÜNİ YEMƏYİNİ DƏYİŞƏ BİLƏRƏMMİ

Anaları narahat edən məqam: “uşağım filan süni yeməkdədir, onu dəyişə bilərəmmi, yoxsa olmaz” yəni bu stəkandakı suyu deyil, o biri stəkandakı suyu iç kimi bir şey … heç bir fərq etmir.

Əgər həkim bahalısını yazıb, imkanınız yetmir – ucuzunu alın. Əgər həkim hipoallergen forma yazıb və məhz bu firmanınkı bahadırsa, digər yemək firmasının hipoallergen yaxud digər müalicəvi yeməyini alın.

Əgər həkim “əvvəldən bununla başlamısan bununla da davam et” deyirsə səhv edir.

loading...

Yeməklərin istehsal texnologiyası, tərkibi elə ciddi şəkildə fərqlənmir və ona görə də dəyişməyiniz ilə nəsə bir neqativ hal olmayacaq.

bir əsas nüans. Əgər uşaq süni yeməyə keçdikdən sonra öyümə və qəbizlik halları baş verdisə, ona antireflyuks yeməyini deyil, hipoallergen formasını verin. Çünki uşağın dərisində səpki olması vacib deyil, mədə-bağırsaq inək südünə qarşı etiraz edir deməkdir və biz ona inək südü zülalının parçalndırılmış formasını verməliyik.

Ana südünü artırmaq vasitlərini heç vaxt unutmayın!

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...