UŞAĞIN İMMUNİTETİNİ NECƏ GÜCLƏNDİRƏK

uşaqBəzi valideynlər uşağın ildə neçə dəfə xəstələndiyinin sayını bilmir. Bir infeksiya digərinə keçir tez tez boğaz ağrısı (anginalar), təkrarlanan öskürəklər, qrip, yüksək hərarət və sairə.

Belə valideynlər ətrafdan belə bir söz eşidirlər – uşağın immuniteti zəifdir, müalicə etmək lazımdır. Əziz valideynlər bilməlisiniz ki, nadir uşaqlar zəif immunitetlə doğulurlar və onlar daha ağır xəstəliklərə düçar olurlar.

Çox vaxt uşaq normal immunitetlə doğulur, lakin müəyyən səbəblərdən immun sistemi zəifləyir. Siz bəzi qaydalara əməl etməklə tez tez xəstələnməyin qarşısını ala bilərsiniz:

loading...

Uşağın əynində geyim minimum olmalıdır. Çox vaxt uşaqlar soyuqdan deyil, isti geyinib tərləməkdən xəstələnirlər. Geyim təbii materiallardan (pambıq, kətan və s.) olmalıdır.

Qidaya fikir verin. Uşağı qatqısız təbii qidalandırın. Meyvə, tərəvəz, ət, tərəvəzli suplar, quş əti və s. menyuda olmalıdır. Uşağa təbii şirin meyvələr, bal və s. verin. Süni şəkər immuniteti zəiflədir.

İçki. Ən optimal içki qazsız, qaynamamış, düzgün filtrasiya olunmuş su, kompotlar, morslarlar, yarı su ilə qatılmış meyvə şirələridir.

Təmiz hava. Uşaq hər gün ən azı iki saat, xüsusən yatmazdan əvvəl təmiz havada olmalıdır. Uşaq otağı tez tez havalandırılmalıdır.

Yuxu rejimi düzgün olmalıdır. Uşaq axşam tez yatıb səhər tez oyanmalıdır. İnsan sağlamlığına ən faydalı yuxu axşam saat 22.00-1.00 arasıdır.

Mümkün qədər uşağın ayrıca otağı olmalı və bu otaq təmiz, səliqəli, normal temperatur və nəmlikdə olmalıdır.

Oyuncaq aldıqda keyfiyyətinə fikir verin. Yumşaq oyuncaqlar toz və çirki üzərinə yığdığı üçün tez tez yuyulmalı, təmizlənməlidir.

Fiziki aktivlik. Uşağa enerjisini sərf etməyə imkan yaradın. Aktiv oyunlar, qacmaq, tullanmaq və s. Yaxşı olar ki, hər hansı idman növü, üzgüçülüklə məşğul olsun. Və ən əsası uşaqlara maksimum sevgi verin. Qayğı ilə böyüyən uşaqların imuniniteti daha güclü olur. Bu artıq elmi sübut olunub.

Dr. Pediatr-Naturopat Aida Rəşidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...