UŞAĞIN AĞZINDAN SU AXIR

Uşağın ağız suyu vəzləri işə başladığından ağızdan su axa bilir. Bu, diş çıxmağını göstərmir.

Sadəcə diş çıxarkən su daha çox axır. İki aydan isə ağızda köpüklənən tüpürcək ağız suyu vəzləri işə başladığından xəbər verir. Bəs niyə bayıra axır, udulmur. Çünki körpə hələ yeməkdən başqa nəyi udmali nəyi udmamalı olduğunu bilmir.

Ağız suyu uşaq böyüdükcə də axmağa davam edir. Dişlər çıxarkən, ağızda iltihab olarkən artır. Uşaq sinir sistemi xəstəliyindən əziyyət çəkmirsə böyüdükcə ağız suyunun vaxtında udulması baş verir və bayıra axması azalır.

loading...

Gecələr ağız suyunun axması nədən xəbər verir:

qurd xəstəlikləri

burunda adenoid (artıq ət)

allergik Rinit

diş əti xəstəlikləri

dişlərdə breket və s.

bir de qeyd etdiyim kimi udma pozulması olan nevroloji hallar

Gecə ağızdan su axırsa valideynin ilk düşünməli olduğu bu olmalıdır: bəs ağız niyə açıqdır ki, su da axsın.

Daha pisi ağzın açıq qalmasıdır. Ağız ona görə açıqdır ki, burun tutulub nəfəs ala bilmir. Burun həmişə tutulubsa deməli orda nəsə var. Orda nə ola bilər? Əsasən adenoid və allergik Rinit. Hər iki hal aradan qaldırılmalıdır. Və zamanında.

Təssüf ki bizim valideynlərin əksəriyyəti bu mövzuda gecikir və uşaqların çox narahatedici problemlər yaşayır.

üst çənə önə gəlir – dişlərə breket taxmalı olur

burun tənəffüsü pozuldugundan oksigen natamam əmilir və hipoksik vəziyyətdə beyin işi gərginləşir – yorğun və diqqətsiz olur – tin-tin danışır – irəli illərdə burun çəpəri əyilir.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...