ÜRƏKBULANMA ƏLEHİNƏ VASİTƏ
Ürəkbulanma və qaytarma qastroentroloji xəstəliklərin əlamətidir. Bəs hansı məhsullar qaytarmanın qarşısını alır ? Hamiləlik zamanı toksikozdan əziyyət əkən hamilələrə nə məsləhət görmək olar?
Zəncəfil və Ənginar – Qaytarma və qusma üün bu məhsulların istifadəsi məsləhətlidir.
2015 – ci ildə italyan alimləri tərəfindən zəncəfil və ənginar birlikdə istifadəsinin funksional dispepsiyaya qarşı təsiri barədə araşdırma aparılmışdır. Araşdırmada funksional dispepsiyadan əziyyət əkən 126 pasiyent iştirak etmişdir. Onlardan 65- nə zəncəfil və ənginar hazırlanmış qida əlavəsi (1 kapsuladan gündə 2 dəfə), 61 pasiyentə isə plasebo təyin olunmuşdur. Tədqiqat 4 həftə davam edir.
Tədqiqatın nəticələri göstərir ki, zəncəfil və ənginar plaseboylamüqayisədə yaxşı effekt verib. Bundan başqa həmin pasiyentlər qeyd ediblər ki, öncələr onları daim narahat edən köp mədədəki dolma – sıxılma və mədə ağrıları zəncəfillə ənginarın qəbulundan sonra azalmışdır.
Nəticə belədir:
Zəncəfil və ənginar funksional dispepsiyada, ürək bulanma və qaytarma əleyhinə çox yaxşı effektiv vasitədir.
Dr. Azay Musayeva