TALASSEMİYA

Talassemiya Talassemiya zülal çatışmazlığıdır, o hemoqlobin istehsalı zamanı yaranır. Zülal oksigeni ağciyərlərdən bədənə nəql edir və qana qırmızı rəng verir.

Talassemiya xroniki anemiya ilə xarakterizə olunan genetik qan xəstəliyidir.

Talassemiya irsi xəstəlik olduğundan valideyindən övlada keçir. Əgər qohumlardan hasısa bu xəstəlikdən əziyyət çəkirsə, o zaman xəstəliyin inkişaf riski var. Əgər valideyinlərdən biri yaxud hər ikisi talassemiya xəstəsidirsə hamiləlik planlaşdırılan zaman həkim-genetiklə konsultasiya etmək gərərkdir.

loading...

İkinci risk faktoru etnik faktordur. Talassemiya ən çox Afrika, Mərkəzi Asiya və Aralıq dənizi regionunda rast gəlinir.

Talassemiyanın iki əsas növü var: alfa və beta. Alfa-talassemiya zamanı mutasiya alfa-qlobin sintezinə cavabdeh genlərə təsir edir. Beta-talassemiya zamanı isə beta-qlobin sintezinə cavabdeh genlərə.

Beta-talassemiya major (böyük), orta və minor (kiçik) olur. Ən ağırı Major formasıdır. Minor talassemiayada normal həyat sürmək mümkündür.

Talassemiyanın növündən asılı olaraq əlamətləri müxtəlif ola bilər. Xəstəliyi ana bətnində diaqnoz etmək mümkündür. Bu zaman müalicəni həmən başlamaq olar. İlk simptomlar hələ uşaqlıqda peyda olur. Talassemiyanın əsas simptomu anemiyadır.

Talassemiyanın simptomları:

selikli qişaların solğunluğu və sarılığı

yavaş böyümə

qara sidik

qarının böyüməsi

sümüklərin, əsasəndə kəllə sümüyünün, deformasiyası

fiziki və cinsi inkişafda gecikmə

ümumi zəiflik

yüksək yorğunluq

zəif immunitet.

Simptomların yaranması talassemiyanın tipindən və mutasiyaların sayından asılıdır. Müəyyən uşaqlarda xəstəlik doğuşdan az sonra, müəyyən uşaqlarda isə ilk yaşlarında baş verir.

Məsləhətdir:

Tərkibində dəmir olan vitamin-minerallar və qida əlavələri qəbul etməmək

Balanslaşmış müxtəlif qidalanma

İnfeksiyon xəstəliklərin profilaktikası, vaksinasiya.

Talassemiyanın yüngül formasında xəstəyə daimi müalicə gərək deyil, ağırlaşmalar az olur. Orta və ağır formalarda proqnoz müsbətdir ancaq mütəmadi qan köçürməsi və dərman qəbulu gərəkdir.

Xəstəlik həm qızlarda, həmdə oğlanlarda ola bilər. 100 mindən 1 halda rast gəlinir, amcaq regiondan asılıdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...