TƏHSİL VƏ ELMİN SOSİALOGİYASI

Fəlsəfəİnkişaf etmiş ölkәlәrdә tәhsilin sosiologiyasına maraq ikinci dünya müharibәsindәn sonra, xüsusәn 60-70-ci illәrdә әhәmiyyәtli dәrәcәdә artmışdır.

Bu, iki mühüm sәbәblә bağlı idi:

a) tәşәkkül tapmış tәhsil sistemi elmi-texniki tәrәqqinin yeni tәlәblәrindәn geri qalırdı;

loading...

b) tәlәbәlәrin, әhalinin müxtәlif qruplarının ali vә orta tәhsilin demokratiklәşmәsi uğrunda kütlәvi çıxışları genişlәnmişdi.

Tәhsil sisteminin sәmәrәliliyini yüksәltmәk asan mәsәlә deyildir. Bu, bir sıra ziddiyyәtlәrin hәlli ilә bağlı olan mürәkkәb prosesdir. Hәmin ziddiyyәtlәrin әn mühüm olanları bunlardır:

a) cәmiyyәtin inkişaf tәlәbatı ilә onun mövcud olan diferensiasiyası arasındakı ziddiyyәt. Bu diferensiasiya әhәmiyyәtli dәrәcәdә alınan tәhsilin sәviyyәsi vә keyfiyyәti ilә şәrtlәnir;

b) qәrarlaşmaqda olan bazar strukturlarının irәli sürdüyü tәlәbatlarla gәnclәrin sosial – peşә yönümü arasındakı ziddiyyәt;

c) şәxsiyyәtin inkişafının zәruri sәviyyәsi ilә tәhsil müәssisәlәri mәzunlarının ümumi inkişafının real sәviyyәsi arasındakı ziddiyyәt.

Tәhsilin sosiologiyasının problematikası kifayәt qәdәr genişdir. Buraya әsasәn aşağıdakıları aid etmәk olar:

  • tәhsil sistemlәrinin, xüsusәn müasir tәhsil sistemlәrinin meydana gәlmәsi, fәaliyyәti vә inkişafı;

  • elmi-texniki tәrәqqi vә qloballaşma şәraitindә tәhsilә verilәn istehsal-texniki vә sosial tәlәblәr;

  • tәhsil sahәsindә sosial bәrabәrlik vә bәrabәrsizlik problemi;

  • tәdrismüәssisәsi sosial sistem kimi;

  • tәhsil sisteminin siyasi institutlarla, cәmiyyәtin sosial strukturu ilә, milli münasibәtlәrlә, insanların mәnәvi dünyası ilә qarşılıqlı әlaqә vә tәsiri;

  • fәrdin sosiallaşmasında vә inkişafında tәhsil sisteminin, onun müxtәlif altsistemlәrinin rolu.

Elmin sosiologiyası elmin dinamikasını vә cәmiyyәtlә qarşılıqlı münasibәtlәrini öyrәnәn sosioloji bilik sahәsidir. Bu sahә XX әsrin 30-cu illәrindә elmi fәaliyyәtә dair tәdqiqatların xüsusi istiqamәti kimi formalaşmağa başlamış, 60-cı illәrdә xüsusi sosioloji fәnnә çevrilmişdir.

Onun inkişafı fәlsәfә vә elmin metodologiyası, idrak sosiologiyası, elmin tәhlilinә informasiya vә sosial yanaşmalarla sıx bağlı olmuşdur. Daha dәqiq desәk, bir-birinә yaxın bilik sahәlәrinin qarşılıqlı tәsiri sayәsindә elmin sosiologiyası nisbi müstәqil istiqamәt kimi tәşәkkül tapmış vә inkişaf etmişdir. Әvvәlcә elmin sosiologiyası idrak sosiologiyasının tәrkib hissәsi vә kömәkçi sferası kimi nәzәrdәn keçirilmişdir.

Bunun başlıca sәbәbi ondan ibarәtdir ki, әnәnәvi olaraq elm fәlsәfi cәhәtdәn yalnız biliyin xüsusi tipi kimi, idrak nәzәriyyәsinin predmeti kimi başa düşülmüşdür.

Elm ictimai әmәk bölgüsünün zәruri nәticәsidir; o, zehni әmәyinfıziki әmәkdәn ayrılması, bu fәaliyyәtin adamların xüsusi qrupunun spesifık mәşğәlә növünә çevrilmәsi sayәsindә tәşәkkül tapmış, uzunmüddәtli tәkamül yolu keçmiş, çoxşaxәli mürәkkәb sistemә çevrilmişdir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...