SUDABOĞULMA ZAMANI İLK YARDIM

Sudaboğulma zamanı tənəffüs yollarına maye dolur. Oksigen çatışmazlığı əmələ gəlir, nəfəs kəsilir. Ürək vurğusu dayanır. Zərərçəkənə süni tənəffüs verilir və ürək xaricdən masaj olunur.

Süni tənəffüs. Bu əsasən qazla zəhərlənmiş, elektrik cərəyanı vurmuş, suda boğulmuş insanlara tətbiq olunur və aşağıdakı usulları vardır: 1) ağciyərlərə havanın tənəffüs yolları vasitəsilə vurulması; 2) döş qəfəsinin ritmik olaraq sıxılması və genişlənməsi; 3) dövrü olaraq diafraqma sinirinin qıcıqlanması.

Birinci üsulda ağız vasitəsilə traxeyaya boru keçirilir. Müəyyən təyziqlə balonda olan hava ağciyərlərə yeridilir.

loading...

Havanın ağciyərlərə daxil olması xüsusi qurğunun köməyi ilə nizamlanır. Təcili yardım lazım olduqda ağız vasitəsilə xəstənin ağzına hava üfürülür.

İkinci üsul döş qəfəsinin ritminin sıxılmasıdır ki, bu da sona çatdıqda döş qəfəsi genəlir, ağciyərlərə hava daxil olur.

Üçüncü üsul nadir hallarda aparılır ki, bu zaman diafraqma siniri qıcıqlanır və diafraqma yığılır.

Hipoksiya (oksigen aclığı). Hipoksiya yəni oksigen aclığı tipik patoloji proseslərə aiddir. Əksər xəstəliklər, onların ağır mərhələləri hipoksiya ilə nəticələnir və çox vaxt tənəffüs, ürək-damar xəstəliklərində rast gəlinir. Bu sistemlərin funksiyasını nizamlayan sinir sistemi pozulduqda da hipoksiya yaranır.

Hipoksiyanı ekzogen və endogen olmaqla iki qrupa bölmək olur. Ekzogen hipoksiya zamanı havada oksigenin parsial təyziqi azalır. Endogen hipoksiya isə orqanizmdə yaranan xəstəliklərlə əlaqədar baş verir.

Hipoksiyanın xəstəliklərlə əlaqədar olaraq beş tipi vardır:

1) Tənəffüs tipli (ağciyər);

2) Ürək-damar tipli (sirkulyator);

3) Qan tipli (hemik);

4) Toxuma tipli (histotoksik);

5) Qarışıq tipli.

Tənəffüs tipli hipoksiyada ağciyər alveollarında qaz mübadiləsi pozulur. Alveolların ventilyasiyasında iştirak edən havanın həcmi sürətlə azalır, ağciyərlərdə hemoqlobinin oksigenlə dolması aşığı düşür. Beləliklə, toxumaların oksigen ilə təchizi pozulur. Ağciyərlərdə ventilyasiya xeyli azalır.

Ürək-damar tipli hipoksiya böyük və kiçik qan dövranlarının pozulmasında, ürək əzələsinin zəifliyində, qapaqların çatışmazlığında yaranır. Nəticədə qan dövranı kəskin zəifləyir, oksigen transporu pozulur.

Qan tipli hipoksiya oksigen tutumunun azalması zamanı əmələ gəlir. Hemoqlobin fərqli səbəblərdən azalır, onların inaktivləşməsi baş verir. Ümumiyyətlə qan tipli hipoksiya müxtəlif növ anemiyalarda baş verir.

Toxuma tipli hipoksiyalarda toxumaların oksigen qəbul etmək qabiliyyəti aşağı düşür. Bu bir sıra toxuma zəhərləri, məsələn, sian turşusu zəhərlənmələrində rast gəlinir. Bu zaman ətrafda oksigen olmasına baxmayaraq, toxumalar onu qəbul edə bilmirlər.

Qarışır tipli hipoksiya bir çox xəstəliklərdə təsadüf olunur. Məsələn, travmatik şok da eyni zamanda həm ürək-damar tipli və həm də tənəffüs tipli hipoksiya baş verir.

Hipoksiya zamanı orqan və toxumalarda orqanik dəyişikliklər yaranır. Hipoksiyaya qığırdaq, birləşdirici toxuma, eninəzolaqlı əzələ az həssasdır.

Hipoksiya kəskinləşdikdə tənəffüs tezləşir və səthi olur. Həzm və ifrazat sistemləri əvvəl sürətlənir, sonra ləngiyir. Maddələr mübadiləsi, xüsusilə də şəkər mübadiləsi kəskin pozulur, qlikogenin miqdarı qaraciyərdə azalır, qlikoliz sürətlənir. Toxumada süd turuşusu yığılır, asidoz əmələ gəlir.

Hipoksiyanın gedişində üç mərhələ seçilir: I qısa müddətli mərhələ olub, baş ağrıları yaranır. Sinir sistemi qısa müddətli oyuanır sonra ləngiyir ki, bu da qoruyucu xarakterə malikdir; II mərhələdə huş zəifləyir, depressiya, əzələ zəifliyi, hərəkət koordinasiyası pozulur; III mərhələdə tam huşsuzluq, komatoz hal yaranır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...