SUÇİÇƏYİ XƏSTƏLİYİ

SuçiçəyiSu çiçəyi hava-damcı yolu ilə yayılan, əsasən uşaqları yoluxduran geniş yayılmış xəstəlikdir.

Sərbəst xəstəlik kimi su çiçəyi ilk dəfə italyan həkimi Vidus  tərəfindən XXI əsrdə təsvir edilmişdir. XIX əsrin axırlarında su  çiçəyi  ilə  kəmərləyici  dəmrovun eyni  etiologiyalı olması haqqında mübahisələr gedirdi.

Hazırda tədqiqatçıların əksəriyyəti kəmərləyici dəmirovu su  çiçəyinin ikinci dövrü hesab edirlər. Müəyyən edilmişdir ki, su  çiçəyinin   törədicisi   xaricdən   orqanizmə   daxil   olub   xəstəlik  törədir, kəmərləyici dəmrov isə endogen yoluxucu xəstəlikdir, su  çiçəyi bir neçə illər, onillər sonra onurğa beyninin arxa qanqliyalarında persistensiya ocaqlarından inkişaf edir.

loading...

Su çiçəyi dünyanın bütün ölkələrində yayılmışdır.

Su  çiçəyinin  gedişi  əksər  halda  yüngül  olur,  immun  çatışmaz lığı olanlarda və böyüklərda ölüm halları da qeyd edilir. Su  çiçə yindən  ölümün  sayı  qızılca,  məxmərək,  polimielit  və  parotitlə müqa yi sədə xeyli çoxdur.

İnsan  su  çiçəyi  ilə  hava-damcı  yolu  ilə  yoluxur.  Törədicinin  intensiv  keçirilmə  imkanına  baxmayaraq,  ilk  xəstə  uşağın  kollektivdə  məhdud  vaxtda  qalması  çox  vaxt bütün həssas uşaqları yoluxdura bilmir.

Su çiçəyinin epidemik  alovlanması  2-3  aya  qədər  davam  edir.  Uşaq  müəs sisələrində epidemik prosesin gərginliyi uşaqların bir-biri ilə təmaslarının müddəti, xəstələrin təcrid vaxtı, uşaqların yaşı, ilin fəsli,  kütləvi tədbirlərin təşkili və immun təbəqənin səviyyəsindən asılıdır.

İnsanlar su çiçəyi virusuna çox  həs sas  dırlar,  uşaq  müəssisələrundə  alovlanma  zamanı  əvvəllər  xəstələn məyən   bütün   uşaqlar   yoluxurlar. Simptomsuz   xəstələn mə az hallarda qeyd edilir və bu, onu göstərir ki, ya yoluxanlar virusun az miqdarını qəbul etmişlər, ya da genotiplərinə görə  xəstəliyə  az  həssasdırlar.  Su  çiçəyini  keçirən  xəstələrdə  uzun  m üd  dətli  immunitet  yaranır. Təkrar  xəstələnmə  nadir  hallarda  baş verir.

İnfeksiya  mənbəyi  insandır.  Çox  vaxt  o,  xəstəliyin  kəskin  döv  ründə, bəziləri çoxlu səpgilərdən bir neçə saat sonra, d i gərləri  isə səpgilərin əmələ gəlməsindən 20 saatdan tez olmayaraq yoluxucu  olurlar.  Xəstənin  yoluxdurucu  olması  virusun  yuxarı  t ənəffüs yollarının selikli qişasında əmələ gələn suluqlardan ifraz  edilməsi  ilə  bağlıdır.

Xəstələrin  çoxunda  yoluxduruculuq  müddəti  səpgilərdən  sonra  3-4  gündən  artıq  deyildir.  Kəmərləyici  dəmrovda  xəstələrin  yoluxduruculuq  qabiliyyəti  yüksək  deyil  (bu,  virusun  udlağın  burun  nahiyəsindən  qısa  müddətli  ifraz  edilməsi  ilə  əlaqədardır),  lakin  belə  şəxslər  törədicinin  əlavə  mənbəyinə çevrilə bilərlər.

Əksər  tədqiqatçıların  fikrincə,  kiçik  yaşlarında  su  çiçəyi  ilə  xəstələnən uşaqlarda gərgin immunitet yaranır. Lakin dermatrop  və  neyrotrop  viruslar  fəqərəarası  qanqliyalarda  qalır.  Onurğa  beyninin arxa nahiyəsində daxili intoksikasiya, xəstəlik, travmalar,  soyuq  və  s.  immuniteti  zəiflədən  amillər  və  bəzən  virusun  böyük miqdarda daxil olması xəstəliyin inkişaf etməsinə kömək  edir.

Bu  hipotezanı  qoca  adamların  kəmərləyici  dəmrovla  xəstələnməsi  təsdiq  edir  (50  yaşdan  yuxarı  şəxslərin  hər  10  min  nəfərinə 45-50 xəstələnmə).

Xəstəliyin çoxillik dinamikası xəstəlik səviyyəsinin dövri olaraq  qalxması  və  enməsi  ilə  səciyyələnir.  Dövri  qalxmalar  şəraitdən asılı olaraq 2, 3, 5, 7 ildən (kiçik dövrlər), eləcə də 20 – 22 ildən bir (böyük dövr) baş verir. Kəmərləyici dəmrovun çoxillik  dinamikası hələ öyrə nilməmişdir. Xəstəliyin epidemik qalxması  sentyabr ayında başlanır və dekabr-yanvar aylarında ən yüksək  səviyyəyə çatır.

Xəstələnmə yanvar ayında avqusta nisbətən 7-11  dəfə yüksək olur. Kənd yerlərində may-iyun ayında da xəstəliyin  kiçik yüksəlişləri qeyd edilir. Bu xüsusiyyət insanların müxtəlif  fəsillərdə, şəhər və kənddə müxtəlif təmas səviy yə sindən asılıdır.

Kəmərləyici  dəmrovda  xəstəliyin  aylıq  dinamikası  nəzərə  çarpmır.

Uşaqlar 1 yaşına qədər nisbətən az xəstələnirlər (passiv immunitet, təcrid sayəsində). Bir yaşdan sonra xəstəlik artır, 4 yaşa  yaxın yüksək səviy yə yə çatır. Böyük şəhərlərdə 3-5 yaşlarında,  xüsusilə  4  yaşında  uşaq lar  arasında  xəstələnmə  daha  çox  qeyd  edilir.  Kənd  yerlərində,  eləcə  də  cənub  rayonlarında  xəstəliyə əsasən yuxarı yaş qrupları tutulurlar .

loading...

Bunlarıda bəyənə bilərsiniz ...