SÖZSÜZ ÜNSİYYƏT VASİTƏLƏRİ

Bədən dili insanlıq tarixinin ən qədim ünsiyyət vasitəsidir. İnsanlar ilk dəfə sözsüz ünsiyyət vasitələrindən istifadə edərək bir-birləri ilə əlaqə saxlamış, gərəkli məlumatları bir-birlərinə ötünnüşlər.

Nitqin yaranması ilə sözsüz ünsiyyət vasitələri aradan qalxmamış əksinə, insanlar çox vaxt sözlə çatdırdıqları məlumatları gücləndirmək və ya daha səmərəli təsir göstərmək üçün sözsüz ünsiyyət vasitələrindən də istifadə etmişlər.

Bəzən insanlar özlərinin hisslərini, fikir və arzularını çatdırmaq üçün söz tapa bilmir və danışmaq istəmirlər. Bu zaman informasiya alış-verişi sözsüz, sözlərin köməyi olmadan həyata keçir. Belə ünsiyyət sözsüz vasitələrin köməyi ilə baş verir. Bu vasitələrə müxtəlif simvolları, mimikanı, pantomimikanı, müxtəlif jestləri, hərəkətləri, səsin tembrini, intonasiyanı, gülməyi və s, aid etmək olar.

loading...

Beynəlxalq əlaqlərin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Belə çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşəcəyi simvollardan istiadə edilir. Bu məqsədlə görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara hava limanlarında, avtobuslarda çox rast gəlmək olur.

Həmin simvolların köməyi ilə yeməkxanalar və s. haqqında sözdən istifadə etmədən məlumat ala bilərlər.

Sözsüz ünsiyyət vasitələrinin müxtəlif növləri vardır. Bunlar əsasən aşağıdakılardır:

Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələridir.

Son zamanlar vizual ünsiyyət – «gözlərin təması» problemi diqqəti daha çox cəlb edir. Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsa da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.

Bədən dili. İnformasiya alış-verişində onun kodları jestlər vasitəsilə açıqlanır. Psixoloqlara görə, insanların üz-üzə qurdukları ünsi)o^ətdə kəlimələr 10%, səs tonu 30%, bədən dili 60% rol oynayır.

İntonasiya ünsiyyətin əsas akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti bilavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv – emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. kimi akustik vasitələrlə qaynaqlanır.

Proksimika insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir, hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində kimisə özümüzə yaxın buraxır, kimisə yaxın buraxmırıq, şəxsi məkanın hüdudları subyektiv olaraq belə müəyyən olunur.

Psixoloqlar psixoloji məsafənin aşağıdakı zonalarını müəyyənləşdirmişdir:

İntim zona, 15 sm-dən 46 sm-ə qədər – xüsusi bufer zonasıdır. Bu zonaya ən yaxın emosional təmasda olan insanlar nüfuz edə bilər.

Şəxsi zona, 46 sm-dən 1,2 m-ə qədər – dostluq üçün optimal ünsiyyət sahəsidir. Bu sahədə dostların bir-birinə toxunması mümkündür.

Sosial ünsiyyət zonası, 1,2 m-dən 3,6 m-ə qədər – işgüzar ünsiyyət üçün səmərəli sahədir.

Kütləvi zona, 3,6 m-dən daha çox – ictimai yerlərdə bir- birini tanımayan insanlar arasında ünsiyyət üçün səmərəli sahədir.

Sözsüz ünsiyyət vasitəsi kimi üzün və bədənin ifadəli hərəkətlərini xüsusi qeyd etmək lazımdır. Üzün ifadəli hərəkətləri  və bədənin ifadəli hərəkətlərindən (jestlərdən) istifadə edərək insanlar bir- birilərinə razılıq və narazılıqlarını, sevinc və kədərlərini və s. çatdıra bilirlər.

Lakin heç də jest və mimikalar həmişə vahid şəkildə, eyni cür başa düşülmür və şərh edilmir. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxandan aşağıya hərəkət etdirməklə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq, inkar kimi başa düşülür. Lakin bəzi xalqlarda, bu tamamilə fərqli başa düşülür.

İnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyalardan, bir anlığa danışığı dayandırmaqdan, öksürəkdən və s.- dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən davranışlarına narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması tələbələrin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşməsinə səbəb olur. İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı, hissləri, nə demək istəməsi barədə məlumat verir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...