SEVGİ VƏ EHTİRAS

Seksual fantaziyalarKiməsə görə sevgiehtiras arasında fərq yoxdur. Müəyyən insanlar onları dəyişik salmağın təhlükəsini bilmirlər, ehtirasın sevgi olduğunu düşünürlər. Bu isə ağır fəsadlara səbəb ola bilər, idarə olunmayan ehtiras insanı uda bilər.

Sevgi səmimi məhəbbətin, bağlılığın, fədakarlığın möhkəm olduğu hissdir. Ehtiras isə odlu-alovlu arzudur. Sevgi yaxınlığa əsaslanır, ehtiras isə ancaq arzulamağa. Sevgi ehtiraslı olur, ehtiras isə həmişə sevgili olmur.

Sevənlər sevdiklərinin hisslərini hər zaman nəzərə alır, həssas, ciddi davranırlar. İnsan sevdiyini özündən daha yüksək mövqeyə qoyur. Fikir ayrılığı olanda danışıb, razılığa gəlməyə və ya ümumi qərar verməyə çalışırlar.

loading...

Sevgi və ehtiras arasındakı əsas fərq – sevgi zamanı insanların bir-birinin xoşbəxtliyini daha üstün tutmasıdır, ehtirasda isə hər kəs öz arzusuna çatmağa çalışır.

Ehtiras üzərində qurulmuş münasibətlər daha eqoistik olur. Sevənlər isə güzəştə gedirlər, digərinin xöşbəxtliyini düşünürlər. Ehtirasa əsaslanan münasibətlər çox zaman qısamüddətli olur. Məqsədə çatan zaman ehtiras sönür.

Ehtiras intensivliyinə və gücünə görə affektə yaxın hissdir, çox yüksək həddinə çatmış həzz formasıdır. Ehtiras qısamüddətli yaranan, müvəqqəti, ödənildikdən sonra yox olan hissdir.

Ehtiras içində sevgi yaşada bilmir. Sevgi isə ehtirası alovlandırır. Ancaq sevgi tam olaraq ehtirasdan və cinsi əlaqədən ibarət olmasa da sıx əlaqəlidir. Ehtiras sevgini daha da qüvvətləndirir, ancaq yaratmır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...