SEBOREYA DERMATİTİ

Seboreya dermatiti hər yaşda, hər cinsdə rast gəlinən, daha çox uşaqlarda, orta yaş və yaşlı insanlarda müşahidə olunan, yağlı seboreya olaraq da bilinən bir xəstəlikdir.

SEBOREYA DERMATİTİSəbəbi dəqiq bilinməsə də, 70 faiz hallarda xəstələrdə, müayinə zamanı göbələk aşkarlanır. Buna əsaslanaraq, Seboreyalı dermatitin göbələk mənşəli olduğunu və ya göbələyin prosesə qoşulması nəticəsində kəskinləşdiyini demək olar.

Proses daha çox saçlı dəridə,  göz qapaqlarında,  qaşlar və ətrafında, burun kənarı,  göbək çüxuru,  süd vəzisinin altı,  kürək nahiyəsində rast gəlinir.

loading...

Simptomları digər ekzema növlərinə çox bənzəyir. Lakin seboreya dermatitində digər ekzema növlərindən fərqli olaraq, kəpəklənmə  ön planda olur,  prosess daha ləng və xroniki gedir.

Əlamətləri xəstəliyin lokalizasiyasına görə dəyişə bilir.

Saçlı dəridə güclü kəpəklənmə olur.

Həm saç, həm də digər nahiyələrdə dəri yağlı olur.

Demək olar bütün hallarda qızartı müşahidə olunur.

Qaşıntı ola bilər.

Kiçik sızanaqlar əmələ gələ bilər.

Piy vəzilərinin ifrazatı çox olduqda sarı qartmaq əmələ gəlir.

Qulaq seyvanı arxası və qulaq keçəcəyi dərisi yağlı nahiyələrdir və burda da seboreya dermatitinə tez – tez rast gəlinir.

Saçlı dəri, digər tüklü hissələrdə seboreya dermatiti 60-80 faiz hallarda göbələk (malessezia furfur) mənşəli olur. Tüksüz hissələrdə göbələyə rast gəlmə ehtimalı az olur.

Qulaq keçəcəyi də xırda tüklərlə örtülü olduğu üçün, prosess göbələk mənşəli ola bilər. Bu nahiyədə seboreyalı dermatit,  çox vaxt qaşınma ilə diqqət cəlb edir.

Seboreya dermatitini düzgün müalicə etmək üçün ilk növbədə xəstəliyin növü (yağlı,  quru və qarışıq tip seboreya) aşkar edilir,  ona uyğun medikamentoz müalicə seçilir və pasientə qidalanma rejimi izah edilir.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...