SALİSİL PİLİNQ NƏDİR

Salisil pilinq estetik təbabətdə geniş istifadə olunan pilinqlərdəndir.

Dərinin üst qatına müsbət təsirini göstərərək salisil pilinq dərinin relyef və rəngini tənzımləyir.

Qeyd olunan pilinq müxtəlif yaş qrupu nümayəndələrinə istifadə oluna bilir.

loading...

Pilinq seansının müddəti 30-40 dəqiqədir

Dərinin təmizlənməsi

Pilinqin dəri üzərinə çəkilməsi

Dərinin yuyulması və pilinqdən təmizlənməsi.

Pilinqdən sonra yaranan qızartı və qabıqlanma 5-7 gün ərzində tamamən keçir.

Salisil pilinqin üstünlükləri:

salisil pilinqin əsas üstünlüklərinnən biri onun tətbiqinin asan olması, nəticənin isə kontrolda saxlanmasıdır;

salisil pilinq dəridə olan səpkiləri aradan qaldırır. Və dərinin erkən qocalma simptomları ilə mübarizə aparır;

salisil pilinq təhlükəsizdir, çünki toksik deyil;

salisil pilinq dərinin dərin qatlarına heç bir təhlukə yaratmır;

salisil pilinqdən sonra dərinin qıcıqlanma əlamətləri çox azdlr.

Bu nöqteyi nəzərdən fəsadların yaranma faizi çox azdır.

Salisil pilinqə göstərişlər:

Seboreya dermatiti;

Akne;

Postakne;

Fotoqocalma.

Salisil pilinqə əks göstərişlər:

hamiləlik və laktasiya dövrü;

gerpes aktiv fazada;

dərinin tamlığı pozulduqda;

pilinqin komponentlərinə mövcud olan həssaslıq;

həssas dəri.

Salisil pilinqin günəş şüalarının aktiv olan fəsillərdə istifadəsi məsləhət görülmür!

Dr. Aytən Mirzəliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...