SƏHƏR LİMONLU SU İÇMƏNİN FAYDALARI

limonLimon, immun sistemimizə dəstək olan, dərinin sağlamlığını qoruyan və dəriyə işıltı verən C vitaminin mükəmməl bir qaynağıdır.

Limon, bağırsaq sağlamlığı üçün çox vacibdir. Eyni zamanda tərkibində çox güclü bir antibakterial olan pektin lifi var. Bunun sayəsində həzm sistemimizin düzgün çalışmasını təmin edir.

Limonun tərkibindəki pektin, iştahı kontrol edərək, arıqlamanıza kömək edir.

loading...

Orqanizmin pH balansını tənzimləyir

Səhər içilən limonlu su, bədəndən toksinlərin (zərərli maddələrin) çıxarılmasını təmin edir.

Limonlu su, potasiumla zəngindir, buna görə qan təzyiqimiz də tənzimlənir.

Xolesterolun tənzimlənməsinə kömək olur.

Limonun tərkibindəki C vitamini stressə qarşı effektiv “silah”dır

İmmun sistemimizi gücləndirir. İnfeksiyaya səbəb olan patojenik bakteriyalardan qoruyur, soyuqdəymənin müalicəsində istifadə olunur.

Xüsusilə yayda, tərləyərək itirdiyimiz minerallarla orqanizmi yenidən təmin edir.

Limonlu su enerji verir və depressiya ilə mübarizədə kömək olur. Hətta Limonun iyi, sinir sistemini sakitləşdirmə gücünə malikdir.

Dr. Barat Yusubov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...