ROZASEA NƏDİR VƏ NECƏ MÜALİCƏ OLUR

Rozasea müalicəsində ilk növbədə qıcıqlandırıcı faktorlar ortadan qaldırılmalıdır. Günəşdən qorunmaq bunlardan ən önəmlisidir.

Rozasea xesteliyiGünəşin zərərli təsirləri, ətraf mühitin kirlənməsi, stress və hava dəyişkənliyi xəstəliyin kəskinləşməsinə səbəb olur. Rozasea xəstəliyi olan insanlar daima dərilərinə diqqət etməlidirlər.

Hədsiz acılı, ədvalı qidalar, şokolad, çox isti çay, kofe istifadəsi də qıcıqlandırıcı faltorlara aiddir. Bunlardan başqa rozasea xəstəliyinin inkişafında genetik meylliliyin də böyük rolu var.

loading...

Bir çox hallarda üzdəki qızartılarla müraciət edən pasientlərdən anamnez topladıqda, uzun müddətdir steroid kremlərdən istifadə etdiklərinin şahidi oluruq. Bu hal da xəstəliyin dərinləşməsinə, müalicəyə daha çətin tabe olmasına səbəb olur.

Qızartılar bəzən öz özünə keçə bilər. Ancaq bu xəstəliyin sağaldığı məbasına gəlmir. Sizi yanıltmasın!

Üzdə olan kiçik, qırmızı, bəziləri iltihablanmış səpkilər başlanğıc dövrlərdə keçib getsələr də, yenidən təkrarlanırlar.

Dr. Bilqeyis Mustafayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...