QURD ANALİZİ

Nəcisdə və qanda təyini.

Hansı doğrudur?

“Qanda qurdun təyini ” ifadəsi doğru deyil. Yəni, qurdu qanda axtarmırıq, amma qanda qurda qarşı yaranmış anticisimlərin təyini doğrudur. Bu fırıldaq deyil. Bu falçılıq da deyil, kimsə inansın, kimsə inanmasın.

loading...

Amma bu test nəticəsinə görə müalicə təyin etmək düzgün deyil. Məsələ nədir? Məsələ ondadır ki, bədənə düşən mikrob, virus, parazit, qurda qarşı immunitet anticisim hazırlayır. Bu anticisimlər onları zərərsizləşdirmək üçündür. Bu anticisimlərin xroniki və kəskin formanı göstərən formaları var. Yəni nə vaxtsa xəstələnib və hazırda xəstədir. Bunların yəni anticisimlərin təyini üçün reaktivlər istehsal edilir.

Məsələn, hamiləlik zamanı çoxlarının bildiyi toksoplazma, herpes, məxmərəyə və s. görə qanda anticisimlərin IgG təyini verilir. Amma onların aşkarı müalicə üçün əsas deyil, sadəcə bu infeksiyaların nə vaxtsa, bəlkə indi də olduğunu göstərir. İndi olduğunu aşkar etmək üçün PZR üsulu var. Eləcə də, qurdlar və parazitlər. Askarida qurdu və lyamliya paraziti əsasən insanların beynini narahat edir.

Qurdun ya patazitin indi hazırda olub olmadığının təyini yalnız nəcis analizi ilədir .

Əgər mən bir uşağa qanda askarida əleyhinə anticisimlərinin təyinini verirəmsə, bunu nə zaman edirəm:

  • uşaqda qurdun olduğunu ehtimal etmirəm, amma valideyn israrla olduğunu deyir.

  • uşaq əvvəllər müalicə alıb, amma heç bir diaqnostik nəticəsi olmayıb (çox vaxt da aşkar edirik ki,müalicəsi boşunaymış)

  • dəfələrlə nəcis analizi neqativ göstərsə də,valideyn bir qanda da yoxlayaq deyərsə.

Əgər uşaqda bir dəfə də olsun askarida əleyhinə anticisimlər yoxlanıb və pozitiv çıxıbsa ikinci dəfə yoxlamaq mənasızdır. O anticisimlər ömürlük də qala bilər.

Əgər ilk dəfədən pozitiv çıxırsa və bir nəcis müayinəsində neqativdirsə digər nəcis analizləri də verilir. Ta ki tapılınca. Əgər intensivlik zəifdirsə nəcisdə də tapılmaya bilər.

Nəcis analizlərində çıxmır, qan testində çıxırsa demək bu uşaq nə vaxtsa yoluxub və sağalıb.

Nə vaxtsa keçirilən heç bir infeksiyaya görə indi müalicə yazılmaz.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...