QULAQDİBİ XƏSTƏLİYİ

Hamının “qulaqdibi” kimi bildiyi xəstəliyə parotit deyilir.

Bu xəstəliyin törədicisi virusdur. Virusun adını bilməsək de olar, amma bu virusun hansı ağırlaşmalar verə biləcəyini və ondan necə qorunmaq yollarını bilməliyik.

Bu virus hava-damcı yolu ilə, tənəffüs yoluyla yoluxur. 30-40% hallarda əlamətsiz keçə bilir. Ona qarşı peyvənd var və çox da effektivdir. Peyvən d olunmamış uşaqların virusa yoluxma riski ş ox yüksəkdir. Əlamətsiz keçə bildiyi hallar olduğuna görə hər kəsin peyvənd olunması vacbidir! Bu peyvənd bir yaşda və altı yaşda olunur. Peyvənd olunmuş və xəstəliyi keçirmiş uşaqlarda ömürlük immunitet qalır.

loading...

Çox az bir hallarda peyvənd olunmuşlarda xəstələnmə halına rast gəlmək olar.

İnkubasion dövrü 14-21 gündür .Bu nə deməkdir? Yəni bir uşaq bu gun parotit ilə xəstələnmişsə, deməli 2-3 həftə əvvəl bu virusa yoluxmuş uşaqla kontaktda olmuşdur.

Bu virus daha çox tüpürcək vəzlərini zədələyir. Amma təkcə bununla onun işi bitmir. Bu virus orqanizmdəki bütün vəzlərə qarşı tropdur ve onların hamısını eyni qaydada zədələyə bilir və ciddi ağırlaşmalara gətirə bilir. Qulaq dibi nahiyəsində yerləşən tüpürcək vəzi zədələnərkən həmin nahiyə şişir, qulaq bayıra doğru itələnmiş kimi görülür. Hərarət yüksələ bilir, iştahsızlıq, halsızlıq qoşula bilir.

Bu virusun ən çox rast gəlinən və ən ciddi ağırlaşması meningoensefalitdir.

50% hallarda rast gəlinir.

Başağrısı, ürəkbulanma, qusma, ənsə gərginliyi, bundan xeber verə bilir. Meningit olmadan da sinir mənşəli karlığ a gətirə bilər.

Pankreatit də onun ağırlaşmasıdır. Yəni mədəaltı vəzin zədələnməsi qarın ağrısı bundan xəbər verir. Amilaza analiz etdikdə yüksəlmiş olur.

Xayalar da bu virusla zədələnə bilir və gələcəkdə sonsuzluqla nəticələnə bilir.

Qalxanabənzər vəzin, süd vəzlərinin (yeniyetmə qızlarda) zədələnməsi, artrit, miokardit, okulyar ağırlaşmalar rast gəlinə bilir. Bunlar da əlamətsiz, yaxud zəif əlamətlərlə keçə bildiyindən heç xəstələnməmək seçimimiz olmalıdır.

Hec xəstələnməmək və xəstələnərək ətrafdakıları da risk altına qoymamaq üçün peyvənd olunmaq vacibdir!

Parotit əleyhinə peyvənd qızılca və məxmərəklə birgə uşağın bir və altı yaşında edilir.

Dr. Aytən İsmayılzadə

loading...

Bunlarıda bəyənə bilərsiniz ...