QLİKEMİK İNDEKS NƏDİR
Qlikemik indeks – hər hansı bir məhsulun qəbulu zamanı qanda qlükozanın səviyyəsinin yüksəltmə dərəcəsidi. Etalon olaraq şəkərin indeksi götürülür və 100% – ə bərabərdir. Qlikemik indeksi 60% dən çox olan məhsullar – yüksək qlikemik indeksli məhsullar hesab olunur.
Bundan başqa – İnsulin indeksi anlayışı da var.
İnsulin indeksi – hər bir məhsulun qəbulu zamanı insulinin səviyyəsinin yüksəlmə dərəcəsidir. Bir çox məhsullarda Qİ (qlikemik indeks) = İİ (İnsulin indeksi)
Amma bir sıra məhsullar (süd məhsulları, ət, balıq) var ki, onların İnsulin indeksi qlikemik indeksindən yüksəkdir.
Bu nə deməkdir?
- İnsulin rezistentliyi çox olan pasiyentlər İnsulin indeksi yüksək olan məhsulladan az miqdarda istifadə etməlidirlər. Bu da o deməkdir ki, karbohidratsız ara öyünlər insulinin yüksəlməsinə səbəb olur.
- İnsulin terapiyasında olan çəkər xəstələrinə məhsulların insulin indeksini bilmələri çox kömək olacaq. Belə ki, insulinə olan ehtiyacını ödəyə biləcəklər.
- Əzələ kütləsi artıran atletlərər də həmçinin bu məhsullar əksinə faydalıdır.
Odur ki, əziz xanımlar sizlər bəzən – “mən düzgün qidalanmanı bilirəm və düzgün qidaları yeyirəm, məsələn süd məhsulları, ət, balıq, tərəvəz, meyvə, amma arıqlaya bilmirəm” dedikdə, mən məhz o səbəbdən təkrarlayıram ki, qida hər kəsə fərdi şəkildə, yəni orqanizması, xəstəlikləri nəzərə alınaraq yazılır.
Məsələn: süd məhsullarının insulin indeksi qlikemik indeksdən 3-5 dəfə yüksəkdir. Bu da o deməkdir ki, həmin məhsulların qəbulu situasiyaya, miqdarına və saatına görə hər pasiyent üçün fərqli yazılır. Bir daha qeyd edirəm, hər kəsə şamil olunmur!
Dr. Azay Musayeva