QLAUKOMA NƏDİR

Qlaukoma göz daxili təzyiqin artması ilə müşahidə olunan və müalicə olunmadıqda korluğa səbəb olan xəstəlikdir.

Əlamətləri:

Qlaukoma xəstəliyinin erkən mərhələsində xəstələrdə heç bir şikayət olmur. Xəstəlik irəlilədikcə görmə sinirinin atrofiyası yaranır. Xəstələrdə getdikcə görmə azalır və görmə sahəsində daralma meydana çıxır.

loading...

Kəskin qlaukoma tutması” isə gözdaxili təzyiqin kəskin artması nəticəsində yaranır. Bu zaman gözdə qızartı, ağrı, bulanıq görmə, işıq ətrafında rəngli halqaların görülməsi, ürəkbulanma və qusma kimi əlamətlər yaranır.

Diaqnozu:

Xəstədə gözdaxili təzyiq ölçülür və görmə siniri müayinə olunur. Əgər qlaukmaya şübhə varsa paximetriya, görmə sahəsi, OCT və ya HRT müayinələri aparılır.

Müalicəsi:

Qlaukomanın müalicəsi dərman, lazer və cərrahi üsulla aparılır. Müalicə dərmanla başlanır, əgər xəstəlik inkişaf etməyə davam edərsə, bu zaman lazer və cərrahi müalicədən istifadə olunur.

Qlaukoma xəstələrində müalicə itirilmiş görməni geri qaytarmır. Müalicə görmənin daha çox itirilməsinin qarşısını almaq üçün aparılır.

Dr. Aytən Mirzəyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...