QIZILCANIN AĞIRLAŞMASI

QızılcaQızılca virus mənşəli kəskin infeksion xəstəlik olub əsasən uşaq yaşlarda, xüsusilə də 1 yaşdan 5 yaşa qədər uşaqlarda inkişaf edir. Qızılca xəstəliyi RNTtərkibli iri ölçülü viruslar tərəfindən törədilir. Keçirilmiş xəstəlikdən sonra möhkəm ömürlük immunitet yaranır.

Viruslar sağlam şəxslərə yalnız xəstə şəxslərdən və hava-damcı üsulu ilə keçir. İlk giriş qapısı rolunu yuxarı tənəffüs yollarının selikli qişaları oynayır.

Qızılca xəstəliyi öz inkişafında 4 mərhələ keçirir: inkubasiya dövrü, prodromal (kataral) dövr, səpkilər dövrü, rekonvalessensiya dövrü.

loading...

İnkubasiya dövrü adaətən 9-11 gün davam edir.

Prodromal mərhələ yuxarı tənəffüs yollarının selikli qişası və kataral iltihabı, qızdırma və intoksikasiya əlamətləri, bir sözlə asteno-vegetativ sindromla başlayır. Bu mərhələdə xarakter olaraq klinik triada ̶ konyuktivit, zökəm və öskürək meydana çıxır. Xəstəliyin ertəsi gün ağızda yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində bir-birləri ilə birləşməyən ağımtıl rəngdə ləkələr meydana gəlir.

Bu ləkələr selikli qişadan bir qədər qabarmış, ətrafdan qırmızı haşiyə ilə əhatə olunmuşdur. Bu ləkələrindən başqa prodromal dövrün sonuna yaxın əsnəkdə, damaq badamcıqlarında və sərt damaqda da qırmızı rəngli, qeyri-müəyyən formalı, iri ölçülü səpkilər – enantemalar görünür. Burunun, əsnəyin, qırtlağın, traxeya və bronxların, konyuktivanın selikli qişalarında kataral və ya kataral-irinli ekssudativ ilthab başlayır.

Selikli qişa şişkinləşir, doluqanlı və ödemli olur, limfo-histiositar elementlərlə zəif dərəcədə infiltarsiya olunur. Prodromal dövr 3-4 gün davam edir və klinikada qızdırmanın enməsi və hətta normallaşması ilə müşahidə olunur.

Səpkilər mərhələsi xəstəliyin 5-ci günü ümümi intoksikasiya nəticəsində başlanır. Temperatur yenidən yüksəlir, prodromal dövrün bütün əlamətləri daha kəskin şəkildə yenidən başlanır və dəridə xarakterik qızılca səpkiləri ̶ ekzantemalar meydana çıxır.

Əvvəlcə qulaq seyvanının arxasında və üzdə iri ləkələr şəklində meydana çıxan bu xarakter papulyoz qızılca səpkiləri bir sutka ərzində boyuna və döş qəfəsinin yuxarı hissəsinə, ertəsi gün əllərə, gövdəyə və budlara, 3-cü gün isə baldır və ayaqlara yayılır. Bu ərəfədə isə, yəni 3 gün sonra üzdə olan səpkilər artıq solğunlaşır, avazıyır və yox olmağa başlayır.

Səpkilərin yox olması da həmin ardıcıllıqla baş verir və 3 gün çəkir. Səpki yox olduqca onların yerində təxminən 10-20 gün müddətində davam edən, zəif kəpəklənmə və ya qabıqlanmaverən qəhvəyimtil rəngli piqment ləkələri qalır.

Qızılca xəstəliyi öz zəngin ağırlaşmaları ilə xarakterizə olunan xəstəliklərdən hesab edilir. Qızılca viruslarının orqanizmdə göstərmiş olduğu digər xüsusiyyətlərdən başqa, onların immunodepressiv təsirləri immun sistemin kəskin şəkildə zəifləməsinə və ikincili infeksiyanın qoşulması üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır.

Əsas ağırlaşmalardan biri kimi xəstələrdə kəskin seroz meningit, ensefalit və ya meninqoensefalit baş verə bilər. Bu zaman ensefalitlər klinik gedişinə görə kəskin və ya xroniki, başlanma müddətlərinə görə isə erkən və gecikmiş olurlar.

Erkən meninqoensefalit adətən kəskin xarakterli olur, dəri səpkiləri başladıqdan 3-6 gün sonra meydana çıxır və bilavasitə virusların özləri tərəfindən törədilir. Gecikmiş ensefalit isə ikincili bakterial infeksiyaların qoşulması ilə meydana çıxır və əsasən xroniki gedişli olur.

Stomatit qızılca zamanı ən çox rast gəlinən ağırlaşmalardan biri olub, çox vaxt da nekrotik xarakter daşıyır. Bu zaman nekroz prosesi daha da dərinləşərsə xəstələrdə noma baş verə bilir. Buna “sulu xərçəng” də deyilir.

Bu zaman ağızın selikli qişasında başlanan kollikvasion nekroz daha da dərinləşərək yanaq dərisinə çatır, yanağın yumşaq toxumalarının tamamilə nekrozlaşaraq yaş qanqrenaya məruz qalmasına, tökülməsinə və sifətin eybəcərləşməsinə səbəb olur.

Semra

loading...

Bunlarıda bəyənə bilərsiniz ...