QIZ UŞAQLARINA BARMAQ ARASI BAXANLAR

Biz insanlar, bəziləriniz nə qədər də buna etiraz etsə də, heyvanıq. Bir canlıyıq. Bütün canlılar kimi yaşamaq uğrunda mübarizə aparırıq.

Yaşamaq uğrunda mübarizə əslində sağ qalmaq uğrunda mübarizə deyildir.

Yaşamaq uğrunda mübarizə sizin mənliyinizi, bütün nəsil-nəcabətinizi gələcək nəslə ötürməkdir.

loading...

Siz, özünüzü, özünüz gördüyünüz məfhumu gələcək nəslə ötürə bilirsinizsə, başarılısınız.

Siz, məhz siz öləndə məhv olmursunuz. Siz, sizin nəsliniz kəsiləndə məhv olursunuz.

Canlının 3 milyard yarım il boyunca yığdığı yük onun genetik materialıdır.

Məhz elə bu genetika çox maraqlı nəticələrə gətirir.

Bir məməli canlı olaraq insan bir ata və bir anadan genetik material alaraq doğulur. Yəni biz, həm atamızın nəslinin davamıyıq, həm də anamızın.

Amma, görəsən, biz, daha çox hansı nəslin davamıyıq?

Çoxunuz həm atadan, həm də anadan bərabər miqdarda genetik material aldığımızı düşünürsünüz.

Yanılırsınız

Bir insan anadan daha çox genetik material alır.

Ata quruca sperm ilə ancaq öz nüvəsindəki genetik materialı ötürə bilir.

Ana isə həm nüvədəki genetik materialını ötürür, həm də nüvənin ətrafındakı sitoplazma deyilən mayedə üzən mitoxondrilərdəki genetik materialı.

Yəni ata 50 qoyursa, ana 55 qoyur.

Bu hələ hamısı deyil.

Ana qarnındakı övlada daha çox nəzarət imkanına sahibdir.

Genetik imprintinq deyilən bir mexanizm ilə ana öz övladında atadan glən müəyyən genləri söndürə bilər.

Yəni ” a bala, sənin dədəndə bu gen mənə sərf eləmir. Onu söndür, məndəkini işlət” deyə bilir.

İndi deyin, siz daha çox kimin nəslindən sayılırsınız?

Türklərdə ana tərəfindən bütün qohum adları türkcədir. Ata tərəfdən qohum adları isə yaddır.

Türklər ata tərəfinin qohumlarını çox da saymayıblar.

Dr. Vasif İsmayıl

loading...

Bunlarıda bəyənə bilərsiniz ...