QİDALANMAĞIN 20 ŞƏRTİ

Natural gigiyenaSağlam qidalanmaq qaydalarının ən ümdə tələbi – papirosu və spirtli içkiləri rasiondan çıxartmaqdır. Yalnız bundan sonra digər qaydalar haqqında danışmağına dəyər. Onlar aşağıdakılardır.

  1. Hər gün 2-3 litr çiy su içməyə vərdiş edin. Diqqət! Bir ay yarım müddətində hər yarım saatdan bir 30 q çiy su içmək gözəl müalicə metodu sayılır .

  2. Heç vaxt canınız ağrıyarkən, zehni və fiziki halsızlıq şəraitində, yorğun və hirsli halda, təlatüm içində və qızdırma yüksək olanda qida qəbul etməyin. Bundansa qidadan imtina etmək faydalıdır. Xatırladırıq: şüursuz saydığımız heyvanlar halsız olanda, xəstələnəndə qidadan imtina edirlər.

  3. Yalnız aclıq hiss edəndə yeyin. Yeməyə 10-15 dəqiqə qalmış 200 q çiy suyu ilıq şəkildə qurtum-qurtum için. Bunu həyat normasına çevirin..

  4. Yemək vaxtı və yeməkdən dərhal sonra su içməyin. Çünki su 10-15 dəqiqədən sonra mədəni tərk edir,özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da həzmolmanı pozur. Suyu və şirəni tüpürcəklə islatmaq üçün onları qurtum-qurtum, ağızda saxlaya-saxlaya için. Suyu meyvələrdən 30 dəqiqə, nişastalı qidalardan 2 saat, zülallı qidalardan 4 saat sonra içmək faydalıdır.

  5. Soyuq maye içmək və soyuq xörək yemək mədədə enzimlərin (həzmedici şirələrin) fəaliyyətini dondurur. Mədə normal hərarətə çatana qədər enzim ifraz etmir və nəticədə mədə divarı zədələnir. Dondurma yemək-mədənin zərif toxu-ması üzərinə buz parçası qoymaq kimi bir şeydir.

  6. Çox isti çay içmək və çox isti xörək yemək də enzimlərin ifrazını dayandırır və mədənin zədələnməsinə səbəb olur.

  7. Purin maddələri və kofe, çay, şokolad, kakao, ekstraktiv ət bulyonları, hisə verilmiş ətlər toksik təsirə malikdir, mədədə yüksək dərəcədə sidik turşusu yaradırlar. Rafinadlaşdırılmış şə-kərdən imtina edin.Pulunuzu bala,qurudulmuş meyvələrə,şirin meyvələrə verin.

8.  Əsasən, çiy və təbii qidaları (meyvə, tərəvəz, şülul, tumlar, qoz, fındıq, püstə, badam və s.) yeyin.

  1. Xörəkləri qarışdırmayın. Bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi -həzmolmanı çətinləşdirir və qidaların çürüməsinə gətirib çıxarır. Müxtəlif qidaları eyni vaxtda yemək həm orqanizmə ziyandır, həm də cibə. Çünki mədə hər qida növü üçün ayrıca şirə ayırır. Qidalar qarışanda-bir qida növü həzm olunursa, digər növlər həzm olunmur, çürüyür, o biri qidaları da çürüdür. Yaxşı olar ki, səhər turş meyvə, günorta-nişasta, axşam zülal yeyəsiniz.

  2. Səhər yeməyini şirəli meyvələrdən başlayın. 2-3 qoz, yaxud 5-6 fındıq (badam) əlavə etmək də yerinə düşər. Meyvəni çiy, qabıqlı və tumları ilə bərabər yemək faydalıdır. Qış vaxtı, çiy meyvə yoxdursa, quru meyvələrdən gen-bol istifadə edə bilərsiniz. Bir daha yadınıza salıram: konservləşdirilmiş, duza qoyulmuş və bişirilmiş meyvələrin, tərəvəzin cana heç bir faydası yoxdur, əksinə, həm cana, həm də cibə böyük ziyanı var.

  3. Gün ərzində ən azı bir qab tərəvəz salatı yemək lazımdır. Gündə 3 dəfə qida qəbul edirsinizsə, 2 dəfə salat yeyin. Salatı 4-5 növ çiy tərəvəzdən hazırlayın. Onların hamısı faydalıdır, ən çox faydalısı isə kök, kələm, kahı, ispanax, kərəviz, şüyüd, xiyar, turp və yarpağı, göy soğan, pomidor, çuğundur və yarpağı, cəfəri, sarımsaqdır. Soğanın çox olması zərərlidir. Göy soğana üstünlük versəniz daha çox fayda alarsınız.

  4. Təbii zülalların, yağların, vitaminlərin və mineral maddələrin ən etibarlı daşıyıcısı olan qoz-fındıqdan, tumlardan müntəzəm istifadə edən şəxsin ətə-yağa ehtiyacı qalmır.

  5. Yağlardan mümkün qədər az istifadə edin. Yadda saxlayın: yağların hamısı (kərə yağı, bitki yağı, qaymaq) həzmolmanı yubadır, mədədə və bağırsaqda çürümə törədir. Evdar qadınların nəzərinə: xörəyə yağı yalnız xörək tam hazır olanda çiy şəkildə əlavə edin. Xörək bişirərkən qazana 1-2 qida növü tökün, onları mümkün qədər az qaynadın.

  6. Bişmiş xörəkdən imtina edə bilmirsinizsə, xörəklə bərabər salat yemək, təzə şirələr, itburnu, xurma, moruq və qara qarağat yarpaqlarından dəmlənmiş çay içmək məsləhətdir. Yadda saxlayın: çiy qida bişmiş xörəkdən 3 dəfə çox olmalıdır.

  7. Bütün yeməkləri mümkün qədər çox çeynəmək və ağız şirəsi ilə yaxşı-yaxşı islatmaq lazımdır. Onda qida yaxşı həzm olunur, bu halda orqanizm həzmolma prosesinə az enerji sərf edir. Bu da qəbul olunan qidanın həcmini və çəkisini 1,5-2 dəfə azaltmağa və az qidadan daha çox fayda götürməyə imkan verir. Nəzərə alın: tüpürcək faydalı elementlərlə çox zəngindir.

Nişi kimi, P.Breqq də səhər yeməyini ixtisara salmağı, gün ərzində 2 dəfə qidalanmağı məsləhət görürdü. Nişi yazır ki, səhər çağı qida qəbul etmək vaxtı deyil, axşam yediyin qidanı həzm etmək vaxtıdır. Bu elə vaxtdır ki, bədən özünü təmizləyir. Yoğun bağırsaq axşam qəbul olunmuş qidanı həzm etməyə təzəcə girişdiyi bir vaxtda, oraya yenidən qida göndərmək axmaqlıq və israfçılıqdır. Axmaq və israfçı olmayın!..

loading...
  1. Orqanizmə vaxtaşırı istirahət verin (buna “sanitar saatı”, “sanitar gün” deyirlər). Çünki bağırsağın divarlarında gün ərzində 3 kq-dan 25 kq-dək şlak (zir-zibil) toplanır.

  2. Əgər iradəniz zəyifdirsə, nəfsinizə qalib gələ bilmir-sinizsə,orqanizmi zəhərləyən əti, yağı, yumurtanı, göbələkləri, pendiri, çörəyi, dənləri, paxlalı bitkiləri öz süfrənizdən çıxarda bilmirsinizsə, onları tərəvəzlərə əlavə kimi qəbul edin.

  3. Çox yeməyə can atmayın: çox yemək orqanizm üçün lüzumsuz və səmərəsiz əlavə zəhmət və ağır yükdür. Unutmayın: çox yeyən az yaşayır, az yeyən-çox!..

  4. Qidada xörək duzunun miqdarını azaldın. Ürək-damar xəstəliyi zamanı ondan tamam imtina edin. Xörək duzunda yalnız 2 mikroelement var: xlor və natrium. Dəniz duzunda isə bunlar 64-dür, hamısı da orqanizm üçün çox faydalıdır. Soğan, sarımsaq, qıtıqotu (xren), turp (həm kökü, həm də gövdəsi və yarpağı) xörək duzunu əvəz edə bilir.

  1. Həzmolma yalnız qida “çələngi” düzgün tərtib edildikdə yaxşı gedir. Ona görə də bilməyimiz çox vacibdir: nəyi nə ilə birlikdə yemək faydalıdır? Bu sahədə uzun illər tədqiqat aparan və qidaların düzgün uzlaşdırılması təlimini yaradan professor Herbert Şelton bunları məsləhət görür:

-Heç vaxt bir qidada çox cəmlənmiş zülalı bir qidada çox cəmlənmiş karbohidratla eyni vaxtda yeməyin. Yəni, qozu, əti, yumurtanı və digər zülalla zəngin olan qidaları çörəklə, dənlərlə, kartofla, pirojnalarla, şirin meyvələrlə eyni vaxtda yeməyin. Bir öynə yumurtanı, yaxud balığı,südü, pendiri yemək olar, başqa vaxtda – çörəyi, yaxud sıyığı, lapşanı.

-Heç vaxt karbohidratlı qidanı turş qida ilə eyni vaxtda yeməyin. Yəni: çörəyi, kartofu, noxudu, paxlalı bitkiləri, bananı və xurmanı pamidor, limon, portaqal, kivi, narıngi, feyxoa, ananas və digər turş meyvələrlə eyni vaxtda yemək düzgün deyil.

-Heç vaxt tərkibində çoxlu zülal cəmləşən iki qidanı eyni vaxtda yeməyin. Çünki onlar müxtəlif həzmetmə şirəsi tələb edirlər. Mədə isə həmin şirələrin hamısını eyni vaxtda ifraz edə bilmir. Nəticədə, qida növlərindən yalnız biri həzmə gedir, qalanları həzm olunmamış kütlə şəkilində bağırsağa ötürülür. Orada yanıb faydalı maddəyə çevrilmək və qana sorulmaq əvəzinə, çürüyür, qanı zəhərləyir, bağırsağın divarlarına yapışıb qalır, onun funksiyasını pozur, müxtəlif bakteriyalar və mikroblar üçün gözəl yem bazası yaradır. Yaxşı qidalanan bu mikrocanlılar sürətlə artıb törəyir və qanımızı zəhərləyir. Xəstələnirik, tez qocajırıq və tez ölürük. Odur ki, bir dəfə bir zülallı, başqa bir vaxt o biri zülallı qidanı qəbul etmək lazımdır.

-Heç vaxt yağları zülalla eyni vaxtda yeməyin. Yəni: qaymağı, kərə yağı, smetanı, bitki yağını ətlə, yumurta ilə, pendirlə, qoz-fındıqla və digər zülallarla bir vaxtda yemək olmaz: onlarla bir vaxtda yeyilən yağlar mədə vəzilərinin fəaliyyətini məhdudlaşdırır və mədə şirəsi ifraz etməyə mane olur.

-Heç vaxt turş meyvələri zülalla eyni vaxtda yeməyin. Yəni portağalı, limonu, narıngini, feyxoanı, kivini, turş almanı, turş gavalını, pomidoru, ananası, albalını ətlə, pendirlə, qozla, yumurta və s. ilə eyni vaxtda yemək zərərlidir.

Yadda saxlayın: qida qarşığı nə qədər azdırsa, həzm-olma prosesi bir o qədər yaxşı gedir, qanımız bir o qədər təmiz, orqanizmimiz bir o qədər sağlam olur. Qidaları ayrı-ayrı vaxtlarda yemək iqtisadi cəhətdən çox sərfəlidir: orqanizm az qidadan daha çox enerji və həyat gücü ala bilir, ərzağa az pul xərclənir, ən başlıcası isə biz xəstələnmirik, dərmana, həkimə, pirlərə, dələduz “şəfaverənlərə” pul xərcləmirik. Həm də iş qabiliyyətiniz və qazanmaq imkanınız yüksək olur.

-Heç vaxt nişastalı qidaları şəkərlə eyni vaxtda qəbul etməyin. Yəni: cemlər, meyvə, kərə yağı, şəkər, sirop və s. sıyıqla, kartofla yola getməz. Yaxud da şəkəri dənli bitkilərlə eyni vaxtda qəbul etmək olmaz;çürümə baş verər. Tort, konfet, pirojna ilə müşayət edilən şənliklər, əksər hallarda, qusmaqla, zəhərlənməklə və müxtəlif fəsadlarla bitir. Belə qidalar uşağa daha pis təsir edir.

-Nişasta ilə zəngin olan qidaları ayrıca yeyin. İki nişastalı qida növündən eyni vaxtda istifadə olunanda (məsələn, kartofla, yaxud sıyıqla çörək yeyiləndə) biri həzm olunur, o biri ağır yük kimi yığılıb mədədə qalır, yoğun bağırsağa keçmir, qidaların həzminə maneçilik törədir, onları da çürüdür. Mədədə turşuluq artır, gəyirmə başlayır və digər fəsadlar baş verir.

Bəs əti çörəklə yeyəndə nə baş verir? Bilmək lazımdır ki, mədəyə zülal daxil olarkən mədə-bağırsaq traktı turş şirə buraxır və nişastanın həzmi dərhal dayanır. Şelton yazırdı: “Nişastaların və zülalların ilk həzmolma prosesi müxtəlif kimyəvi maddələr mühitində gedir: nişasta-qələvi mühiti tələb edir, zülal isə-turşu mühiti”.

  • Qovunu həmişə ayrıca yemək lazımdır.

  • Südü qatığa,süzməyə, ayrana, şora, pendirə çevirdikdən sonra ayrıca qəbul etmək nisbətən az fəsad verir. Çünki süddəki yağ müəyyən müddət ərzində mədə şirəsi ifrazına mane olur. Odur ki, süd mədədə deyil, 12 barmaq bağırsağında həzm olunur. Mədə südə qarşı heç bir reaksiya vermir və şirə buraxmır, Onununla bir vaxtda qəbul olunan qidalar da həzm olunmur.

Düzgün qidalanma qaydasının ən ümdə vəzifəsi – on iki barmaq bağırsağında qidaların çürüyərək zəhərli maddələrə parçalanmasının qarşısını almaqdır. Buna nail olan hər kəsən ulu məqsədə çatır: sağlam və gümrah yaşayır, mənən və ruhən güclü, təmkinli, gülərüz, nikbin, xoşrəftar, xeyirxah olur.

Təkrar edirəm: gündəlik qidanın canını çiy meyvə və tərəvəz təşkil etməlidir. Əgər köhnə vərdişlərdən əl çəkə bilmirsinizsə, onda yediyiniz qidanın dörddə üçünü çiy meyvə və tərəvəz təşkil etməlidir. Əks halda, xəstəlik yaxanızdan əl götürən deyil, gününüz ahu-zarla keçəcək, qazandığınızı dərma-na xərcləməli olacaqsınız, həkimlərin daimi “kliyentinə” çevriləcəksiniz, dələduz adamlar sizi inək kimi sağacaqlar.

Tərəvəzə duz vurmaq, meyvə və tərəvəzi bişirmək – vitaminləri və mikroelementləri məhv etmək deməkdir. Salata bitki yağı, smetan, mayanez qatmaq-zərərli vərdişdir. Salatın üstünə bir qədər tərəvəz şirəsi tökmək çox faydalıdır.

Yadda saxlayın: qidadan həzz almaq bir şeydir, fayda almaq-tamam başqa şey. Dadlı qida-faydasız,hətta, zərərli də ola bilər. Çox vaxt məhz belə də olur. Qidanı həzz almaq, “kef çəkmək” naminə, özü də bol-bol yeyən adam sağlam ola bilməz. Nişinin elmi əsaslarla əsaslandırdığı bu fikiri vaxtilə Məhəmməd Peyqəmbər də deyib, İbn Sina da, Nizami də, Sədi də, digər işıqlı dühalar da. “Qida və sağlamlıq” konteksti baxımından Peyğəmbərimizlə həkimin dialoqu ibrətamizdir.

Əcəm hökmüdarı tərəfindən Peyqəmbərin hüzuruna göndərilmiş həkim ona şikayət edir: xeyli vaxtdır bura gəlmişəm, amma, nədənsə, mənə müraciət etmirlər. Yəqin, mənə inanmırlar. Cavabında Həzrəti Məhəmməd buyurub:“Bizim camaatın bir yaxşı adəti var:acmamış yeməzlər, süfrədən də doymamış çəkilərlər.Ona görə də təbibə ehtiyac duymurlar”.

Maraqlıdır ki, müxtəlif əsrlərdə ayrı-ayrı müdriklər tərəfindən söylənmiş qədim fikirlər müasir naturopat dietoloqlar tərəfindən tərtib olunmuş qidalanma qaydaları ilə tam üst-üstə düşür.

Möcüzəsiz möcüzə kitabından

loading...

Bunlarıda bəyənə bilərsiniz ...