PSORİAZ NƏDİR

PsoriazPsoriaz autoimmun xəstəlik olub, dəri hüceyrələrinin sürətli dərəcədə artımı nəticəsində dəridə qırmızı, pulcuqlu ləkələr əmələ gəlməsi ilə müşahidə olunur. Hər adamda psoriaz ola bilər. Qadın və kişilərin bu xəstəliyə tutulma ehtimalı eynidir .

Psoriaz ilk dəfə hər bir yaşda əmələ gələ bilər, amma ən çox 15-25 yaş aralığında rast gəlinir. Daha çox qafqazlılarda müşahidə olunur.

Psoriaz dərinin sağalmayan, xroniki vəziyyətidir. Bəzən dərinin vəziyyəti yaxşılaşır, bəzən də kəskinləşərək pisləşir. İnsanlarda çox yüngül simptomlu psoriaz ola bilər ki, heç özünün xəbəri də olmasın. Digərlərində isə açıq-aşkar, ağır psoriaz da ola bilər ki, xəstənin hətta bütün bədəni başdan ayağa qalın, qırmızı, qabıqlanan yaralarla örtülü ola bilər.

loading...

Psoriazın yaranma səbəbləri məlum deyil. Lakin bir yığın faktorlar aşkarlanıb ki, onların da psarioza təkan verdiyi sübut olunub. Xəstəliyin genetik əsasları da olduğu güman edilir. Ətraf mühit faktorları və immun sistemin qarşılıqlı əlaqəsi də mühüm rol oynayır. Amma yenə də niyə məhz bəzi insanlarda psoriaz yaranır, bu və ya digər faktorlar niyə kimlərdəsə bu xəstəliyi törədir, bir başqalarında isə törətmir kimi suallara tam cavab verilməmişdir.

Psoriazda adətən qırmızı və ya çəhrayı rəngli , qabarcıqşəkilli , qabıqlanan və dəridən qabarmış düyüncüklər olur. Amma çox zaman qalın, qabıqlanan iri plaklar kimi də ola bilər. Ən çox dirsəklərdə, dizlərdə və başın tüklü hissəsində olur. Amma bədənin hər yerində də əmələ gələ bilər.

Psoriazın ən geniş yayılmış forması adi psoriazdır. Demək olar ki, xəstələrin 80 %-də məhz bu forma olur. Bunlar bayaq dediyimiz kimi qırmızılı, dəri səthindən qabarmış, gümüşü-ağ rəngli qabıqlar verən düyüncüklərdir.

10 % hallarda pasiyentlərdə balaca, sarı-çəhrayı, nöqtə şəkilli guttaete (damcılı) psoriaz olur. Bunlar nöqtə kimi və üzərində gümüşü ağ qabıqlar olur. Psoriazın bu tipi çox vaxt streptokokk infeksiyası ilə trigger olunur  (yənı qıcıqlandırılaraq başlayır). Hər hansı bir streptokokk infeksiyasından (məsələn angina) 2-3 həftə keçdikdən sonra bədəndə belə səpgilər əmələ gələ bilər. Bunlar yarandığı kimi də yoxa çıxırlar.

Qayıdan psoriaz (intertrigines) al qırmızı lesyonlar şəkilində ən çox süd vəzilərinin altında, qoltuqaltında, cinsi vəzilərin yaxınlığında,sarğı əzələlərinin altında yaranır. Çox vaxt tərləmələr və dərinin sürtünmələri qıcıqlandırıcı rolu oynayır.

Pustular psorioz bu xəstəliyin daha bir formasıdır. Burada formalaşmış, ağ rəngli pustulalar olur ki, onların da içində non-infeksion( infeksiyalaşmamış) yığıntı olur. Belə pustulaların kənarlarında qırmızı sahələr olur, hətta daha böyük sahələr qızara bilər. Çox vaxt qızartı, pustula və qabıqlanma mərhələləri bir birini əvəzləyir.

Eritrodermik psoriaz psoriazın bütün bədəni tutan qırmızı rəngli nadir formasıdır ki, bu zaman kəskin iltihablanmış dəri al qırmızı rənglə örtülür. Sonradan bu qızartı qabıqlanır, qaşınma və yanğı verir.

Baş dərisinin psoriazı yüngül formalı nazik qabıqlanmadan tutmuş, qalın, qartmaq şəkilli formaya qədər ola bilər. Kəskinləşmə dövründə başın psoriozu seboreyalı dermatitə oxşasada seboreyada kirli- yağlılıq müşahidə edilir.

Psoriatik artrir psoriozlu xəstələrdə 5-12 il müddətində inkişaf edir. Pasiyentlərin 5-10%-də rast gəlinən bir durum olub, oynaqların iltihabını göstərir. Bəzi hallarda yalnız dırnaqları tutan psoriaz da olur.

Psoriaz müalicəsi olmayan bir xəstəlikdir, amma müalicə ilə davamlı və dayanaqlı remissiya (xəstəlik əlamətlərinin olmadığı bir dövr) əldə etmək olar.

Psoriaz keçici bir xəstəlik də deyil, dəriniz ilə xəstə adama toxunsanız belə sizin dərinizə heç nə olmaz.

Psoriaz valdeynlərindən övladlarına keçə bilər, yuxarıda qeyd etdiyimiz kimi bu xəstəlikdə genetic komponent mövcuddur. Hətta bir ailə içində bu xəstəliyin olma öyküsü (tarixçəsi) diaqnozun vaxtında qoyulmasına zəmin yaradır.

Psoriazın müalicəsi dəri, revmatoloq və ailə həkimləri tərəfindən aparılır.

Psoriazın müalicəsində ev şəraitində olunan bir neçə qaydalar var ki, onlara riayət etmək xəstələri kəskinləşmələrdən qoruya bilir. Məsələn:

Günəş şüalarının təsiri

Duş qəbulundan sonra nəmləndirici kremlərdən istifadə.

Qıcıqlandırıcı krem və sabunlardan istifadə etməmək.

Dərini qaşımamaq və  (vəya) zədələrdən qorumaq.

Evdə reseptsiz yazilan kortizon kremlerinin saxlanılması (yüngül psoriazlarda dəriyə sürtmək üçün).

Dermatoloqun pasiyentə ev şəraitində ultrabənövşəyi B şüalarının təyini və onun qəbul etmə qaydası.

Psoriazın müalicəsində əsas topical (yəni yerli) müalicə üstünlük təşkil edir. Bunlara kortikosteroidlər (kortizon kremləri, gelləri, maye, sprey və yağları), daş kömür qətranı, vitamin D məhsulları, antralin və ya retinoidlər aiddir. Bu dərmanlar zaman zaman öz təsirlərini itirdikləri üçün tez-tez dəyişmək, növbələşdirmək , kombinə etmək məsləhət görülür. Lakin hər hansı iki dərmanı birgə istifadə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Günəşin ultrabənövşəyi şüaları bu xəstəlikdə dəri hüceyrələrinin aşırı çoxalmasının qarşısını alır, iltihab əlamətlərini azaldaraq psoriazlı xəstələrin vəziyyətini yüngülləşdirir. Buna görə də süni şüalandırılma müalicəvi effekt daşıyır. Qaralmaq üçün olan lampalar burda istifadə edilmir. Ən çox iki tip işıq terapiyası var. Birincisi ultrabənövşəyi B şüalanmadır. Bundan orta ağırlıqda psoriazın müalicəsində istifadə edirlər.

Bu şüalanmanın təbii günəş şüasında olduğu kimi dəridə xərçəng əmələ gətirmə riski də var. İkincisi PUVA-terapiyadır ki, bu zaman psoralen adlı dərmanın daxilə qəbulu ilə ultrabənövşəyi A şüalandırılması aparılır. Psoralen dərinin bu şüalara həssaslığını artıraraq prosedurun daha effektli olmasını təmin edir. Pasiyentlərin 85%-i 20-30 prosedurdan sonra xəstəlik əlamətlərinin yüngülləşdiyini qeyd edirlər. Bu müalicə həftədə 2-3 dəfə olmaqla ambulator şəraitdə aparılır.

Əgər yerli müalicə və fototerapiya lazımi nəticələr vermirsə və ya artıq onlara qarşı dayanıqlılıq yaranıbsa, onda həkim ağızdan və ya inyeksiya vasitəsilə orqanizmə daxil olan sistemik dərmanlar təyin edir.

Dr. Aygün Sayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...